Yuxarı

Məşhur reper Hüseyn Dərya vəfat etdi - Foto/Video - Yenilənib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:57

Yol qəzasına düşən Azərbaycanın tanınmış reperi Hüseyn Dərya vəfat edib.

Bu barədə faktı "Axar.az"a 3 saylı şəhər Klinik Xəstəxanasının məlumat mərkəzindən təsdiqləyiblər.

Məlumata görə, Hüseyn Dərya yarım saat əvvəl dünyasını dəyişib.

Qeyd edək ki, ötən gecə tanınmış reper Xəzər rayonu ərazisində avtomobil qəzasına düşüb. Hüseyn Dəryanın idarə etdiyi 10 SB 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən yük maşınına çırpılıb. Ağır xəsarət alan və 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilən Hüseyn Dəryanın vəziyyətinin ağır olduğu barədə xəbər vermişdik.

Allah rəhmət Eləsin!

13:40

Bu gün dünyasını dəyişən məşhur reper Hüseyn Dəryanın ölümü ilə əlaqədar bəzi məqamlara aydınlıq gətirilib.

3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinin müdiri Namiq Dəmirçiyevin ANS PRESS-ə verdiyi məlumata görə, Hüseyn Dərya bu gün saat 09:30 radələrində keçinib. Həkimin sözlərinə görə, reper xəstəxanaya gətirilərkən vəziyyəti kritik olub.

"Hüseyn Dərya xəstəxanaya gətiriləndə huşu özündə olub. Lakin vəziyyəti olduqca ağır idi. Xəstədə kəllə-beyin travması, döş qəfəsinin küt travması aşkarlanmışdı. Həkimlərimizin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmadı. Biz onun öldüyünü əvvəlcə mətbuata açıqlamadıq ki, bəlkə onu həyata qaytara bildik. Lakin bütün cəhdlərimizə baxmayaraq, bu mümkün olmadı", - deyə Namiq Dəmirçiyev bildirib.

Namiq Dəmirçiyev onu da əlavə edib ki, bunadək 2 həftə dalbadal Hüseyn Dərya xəstəxanaya gətirilib. Hər dəfə də o, qəbul etdiyi narkotik maddələrin təsirindən ölümcül hala düşübmüş. Lakin həkimlər onun həyatını xilas edə bilmişdilər.

"Bu dəfə onu xilas edə bilmədik. Onun xəsarətləri ağır idi", - deyə həkim bildirib.

Hüseyn Dəryanın qəzaya düşərkən narkotik vasitə qəbul etdiyi barədə suala isə Namiq Dəmirçiyev bunun hələ dəqiq məlum olmadığını bildirib.

14:34

Ötən axşam qəzaya uğrayaraq 3 saylı Şəhər Klinik Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən, lakin bu gün səhər saatlarında dünyasını dəyişən reper Hüseyn Dərya Tərtərdə dəfn ediləcək.

Dəfn mərasimi sabah baş tutacaq. Onun atasının məzarının yanında dəfn ediləcəyi deyilir (ANS).

Məşhur reperin sevilən replərindən birini təqdim edirik:

Tarix
2014.03.15 / 14:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla