Yuxarı

Azərbaycanda fəhlənin başına yük düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Qarasu Oil" əməliyyat şirkətinin neft quyusunda bədbəxt hadisə baş verib.

"Axar.az"ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə bu gün saat 10.30 radələrində qeydə alınıb. Şirkətin elektrik çilingəri vəzifəsində işləyən Şirvan şəhəri sakini, 1975-ci il təvəllüdlü Ağayev Oleq Siyasətoviçin başına yük qaldıran kranının qarmağında olan yük düşüb. Nəticədə Oleq Ağayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

İş yoldaşlarının verdiyi məlumata görə, fəhlə şirkətin 513 saylı quyusunda adi elektrik işlərini yerinə yetirirmiş. Hadisə bu zaman baş verib.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Şirkət rəhbərliyindən baş verən hadisəyə münasibət bildirmək mümkün olmayıb.

Faktla bağlı Hacıqabul rayon Prokurorluğunda araşdırmaya başlanılıb.

Tarix
2014.03.15 / 12:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla