Yuxarı

Aydın Bəşirovun qudası adam öldürdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 15-nə keçən gecə Bakı şəhərinin Suraxanı rayonunda Xalq artisti Ağasəlim Abdullayevin və ailə üzvlərinin olduğu avtomobilin sahibi müəyyənləşib.

"Lent.az"ın məlumatına görə, A.Abdullayevin oğlu Vüqar Abdullayevin idarə etdiyi "VAZ 2106"-nı, 90 FE 007 nömrə nişanlı, "Mercedes Galenvagen G55 AMG" markalı lüks avtomobil vurub. Həmin avtomobilin sükanı arxasında isə Bakı şəhər Səbail rayonu, Nizami küçəsi 8 ünvanında qeydiyyatda olan 1976-cı il təvəllüdlü Mədətov Xalid Mübariz oğlu olub.

Qeyd edək ki, qəzadan sonra X.Mədətovun idarə etdiyi avtomobilin nömrələri götürülüb. "Mercedes Galenvagen G55 AMG"-nin tüninq edilmiş modellərinin qiyməti 200-250min dollar arasıdır.

"Musavat.com"un araşdırmasına görə, sürücünün atası Mübariz Mədətov ötən ilin oktyabrında ləğv edilən Xəzər Dəniz Neft Donanması İdarəsinin rəisi olub. Onun Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin (DXDGİ) sabiq rəisi Aydın Bəşirovun oğlu İlşar Bəşirovun biznes ortağıdır. Mübariz Mədətovun adı ilk dəfə deyil qalmaqallarda hallanır. Ötən il avqustun 4-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları keçirdiyi xüsusi əməliyyat nəticəsində Xəzərdə Azərbaycana məxsus olan və qaçaqmal neft daşıyan "Naftalan" tankerini saxlayıb. Sonradan məlum oldu ki, oğurluq neft daşıyan tanker İlqar Bəşirov-Mübariz Mədətov ortaqlarına məxsusdur.

Mübariz Mədətov İlqar Bəşirovun biznes ortağı olmaqla yanaşı, həm də Aydın Bəşirovun qudasıdır.

Xatırladaq ki, ötən gecə Bakının Suraxanı rayonu ərazisində, Zığ şossesində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hava limanı istiqamətində hərəkət edən "Mercedes" və "VAZ-2106" markalı avtomobillər toqquşub. "VAZ-2106"-ya çırpılan "Mercedes" aşıb və hadisə yerindən təxminən 200-250 metr aralıya düşüb.

Qəza nəticəsində xalq artisti, 1950-ci il təvəllüdlü Abdullayev Ağasəlim Sahib oğlu və ailə üzvlərinin olduğu avtomobil yüksək sürətlə hərəkət edən "Mercedes Galenvagen G55 AMG" markalı avtomobilin zərbəsinə tuş gəlib. Qəza nəticəsində, Xalq artistinin həyat yoldaşı, 1959-cu il təvəllüdlü Abdullayeva Brilliant Qulammirzə qızı və nəvəsi, 2008-ci il təvəllüdlü Abdullayev Ağasəlim Vüqar oğlu hadisə yerindəcə keçinib. Xalq artisti Ağsaləlim Abdullayev, avtomobilin sürücüsü, onun oğlu Vüqar Abdullayev və 30 yaşlı gəlini Abdullayeva Səadət Ziyafəddin qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xalq artistinə qapalı kələ-beyin travması diaqnozu qoyulub. Yaralıların vəziyyəti orta ağırdır.

Qəzaya "Mercedes Galenvagen G55 AMG"-nin sərxoş sürücüsünün avtomobili yeksək sürətlə idarə etməsinin səbəb olduğu bildirilir.

Tarix
2014.03.15 / 11:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla