Yuxarı

Rus politoloq: “Qarabağı almaq Rusiyanın intiharı olardı”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyaya hazırda Qarabağ konfliktinin ətrafında olan dondurulmuş vəziyyət daha sərfəlidir".

Bu sözləri "Axar.az"a açıqlamasında rus politoloqu Qriqori Trofimçuk deyib.

O, Rusiyanın Qarabağı özünə birləşdirmək niyyəti olmadığını bildirib. "Rusiyanın manipulyasiya etmək fikiri yoxdur. O, Qarabağı özünə birləşdirməklə özünə intihar etmək niyyətində deyil. Qarabağı Rusiyaya birləşdirmək istəyini yalnız 90-cı illərdən Rusiya hakimiyyətinin içində özlərinə yer edən Yeltsin tərəfdarları ifadə edirlər. Bu an isə belə bir addım atarsa, Rusiya Federasiyası avtomatik olaraq dünyanın aparıcı ölkələrinin, o cümlədən Azərbaycanla Türkiyənin düşməninə çevriləcək".

Rusiyaya sərfəli olan variant

Politoloq Rusiyaya hazırda Qarabağ konfliktinin dondurulmuş vəziyyətinin sərf etdiyini deyib: "Rusiyaya hazırda Qarabağ konfliktinin ətrafında olan dondurulmuş vəziyyət daha sərfəlidir. Prinsipcə indi daha uzağa gedib Moskva-Bakı-İrəvan üçlüyü arasında daha konkret danışıqlar aparmaq lazımdır. Öz regionunuzu özünüz sığortalamalısınız. Əgər konflikt tərəflərinin özləri aktivləşib fəaliyyət planını lazım olan istiqamətə yönəltməsələr, hər ikisi bir yerdə bundan əziyyət çəkəcəklər. Yaddan çıxarmaq lazım deyil ki, bir azdan Qafqazda NATO-nun yeni üzvü olacaq Gürcüstan ortaya çıxacaq".

Q.Trofimçuk Qafqazda yeni Ukraynanın yaranmaması üçün yeganə çıxış yolunun Rusiyayla ittifaq yaratmağın olduğunu deyib: "Hazırda heç kim zəmanət verə bilməz ki, Ermənistana Ukrayna kimi sonuncu dəfə şiddətli olaraq Avrointeqrasiya variantı təklif edilməyəcək. Regionu qarışdırıb xaos yaratmağın digər yolları da var. Ona görə də bu üç paytaxtın hər biri bütün ağrı və küskünlüklərinə baxmayaraq, təhlükəyə qarşı birlikdə müdafiə yaratmalıdırlar".

Tarix
2014.03.15 / 11:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla