Yuxarı

NATO da Ukraynanı Rusiya ilə tək buraxdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Atlantika Alyansının qoşunları Krımda olmayacaq.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bunu Ukraynanın NATO-dakı missiyasının nümayəndəsi İqor Dolqov Brüsseldə, Şimali Atlantika Şurasının iclasından sonra bəyan edib.

Tədbirdə Rusiya istisna olmaqla, Şimali Atlantika Şurasına daxil olan ölkələr yekdilliklə Ukraynanın ərazi bütövlüyünü tanıyıb və martın 16-da Krımda keçiriləcək referendumu qanuna zidd olduğunu bildiriblər.

"Ukrayna NATO-nun üzvü deyil. Ona görə də Krımdakı böhranın nizamlanmasında NATO qüvvələri iştirak edə bilməzlər. Bunun üçün hüquqi əsaslar mövcud deyil", - deyə Dolqov bildirib.

Onun sözlərinə görə, Ukraynanın təşəbbüsü ilə Şimali Atlantika Şurasının növbədənkənar iclasının çağırılması təşkilatın iyirmi illik tarixində ilk dəfədir ki baş tutur.

Tarix
2014.03.14 / 23:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla