Yuxarı

Meyxana, yoxsa rep? - Sorğu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar "meyxana, yoxsa rep" sualı ətrafında mübahisələr gedir. Bəzi insanlar replə meyxananın oxşar olduğunu, hətta repin meyxanadan yarandığını belə deyirlər.

Bəs görəsən müasir gənclərimizin bu fikirə münasibəti necədir? Onlar hansına daha üstünlük verirlər?

"Axar.az" sorğusunda gənclərdir.

Muğamlarımızı meyxana və repdən üstün tuturam

Rusiyada təhsil alan Rəmzi Soltanov bu janrları sevmədiyini bildirdi:

"Meyxana və repi dinləyərkən zövq almıram, daha çox xalq mahnılarını və muğamlarımıza qulaq asıram. Muğamı da daha çox Alim Qasımov və Elnarə Abdullayevanın ifasında sevirəm".

Gənc şair Fərid Huseyn bu mövzuda danışmağa çətinlik çəkdiyini, amma ara-sıra rep dinlədiyini dedi.

Rep Qərbdə azadlıqsevərlərin musiqisidir

Elmar Hüseynov meyxana və repin bir-birinə aidiyyatı olmadığını bildirdi: "Meyxana Şərq, rep Qərb musiqisidir. Rep Qərbdə azadlıqsevərlərin musiqisidir, bizdəsə cox dinlənilmir. Bu qədim musiqi ənənəsinə malik olmayan xalqların sonradan ortaya çıxardığı bir janrdır. Bizdə isə qədim xalq musiqiləri çox yüksək səviyyədə olduğundan inanmıram ki, rep insanların yaddaşında xüsusi yer tutsun. Ancaq arada fərqli musiqilərə də qulaq asmaq lazımdır ki, öz musiqilərimizin dəyərini bilək. Bunu da deyim ki, rep və meyxana mənimçün maraqsızdır".

Meyxana bazar, toyxana səviyyəsinə enib

Digər gəncimiz Həbib Heydər Elmar Huseynovdan fərqli olaraq həm meyxana, həm də rep dinlədiyini dedi: "Mən hər ikisinə qulaq asıram, amma daha çox repə üstünlük verirəm. Çünki indi meyxana əvvəlki kəsərini itirib. Bir qədər əvvəl meyxanalar məna kəsb edirdi, indisə toyxana, mağar səviyyəsinə enib. Meyxana hər şeydən əvvəl şeiriyyətdir və bədahətən deyilən sözdür. O çətin qafiyələnmələri aparmaq hər adamın işi deyil. Rep isə daha modern söz sənəti kimi yayğınlaşıb və gənclər tərəfindən sevilir".

Bu gün Azərbaycan repi meyxanadan üsyankardır

Həbib Heydər hazırda repin meyxanadan daha üsyankar, daha aktiv olduğunu söyləyərək fikrini belə əsaslandırdı ki, meyxananın əsl işi şifahi söz sənəti kimi cəmiyyətin problemlərini, ictimai zərərli adamları gülüş hədəfinə çevirməkdir, ancaq: "Bu gün meyxana aşağı səviyyəyə düşüb. Repsə yeni baxış açısı, yeni bənzətmələr, yanaşmalarla zəngindir. Repi sinədən deyən adam azdır və buna ehtiyac da yoxdur. Bu ümumiyyətlə, repin təbiətinə bir qədər ziddir, çünki onun konkret vəzni yoxdur".

Heç birini dinləmirəm desəm…

Atif Sarıxanlı bu sahənin mütəxəssisi olmadığından əsaslandırılmış fikir söyləməyə çətinlik çəkdiyini dedi: "Replə meyxana arasında oxşarlıq görmür və ya hiss etmirəm. Bunlar tamam fərqli janrlardır. Ola bilər ki, hər ikisinin hardasa sintezi yaradılsın, amma oxşarlığın olmadığı qənaətindəyəm. O ki qaldı dinləyici kimi fikirlərimə, heç birinin vurğunu və ya pərəstişkarı deyiləm. Desəm ki, heç birini dinləməmişəm, yalan olardı. Mən əsasən, xalq mahnıları, muğamlar və bəzi estrada janrında olan musiqiləri dinləməyə üstünlük verirəm".

Meyxana həvəskarıyam...

Rövşən Əhlimanoğlu meyxana ilə repin bir-birinə bənzədiyinə baxmayaraq, fərqli cəhətlərinin də olduğunu qeyd etdi: "Meyxana sözündə "mey" olduğu üçün çoxları bu janrı müsbət qarşılamır. Lakin həmin "mey" insanları məst etmək anlamı vermir. Mən özüm də meyxana həvəskarıyam və bacardığım qədər qulaq asmağa çalışıram. Meyxana bədahətən deyilən söz sənətidir və zərb alətləri ilə müşahidə olunur. Bu janr 2 və daha çox şəxsin deyişməsindən yaranıb. Rep isə hip-hop mədəniyyətinin bir qoludur. Ən əsas fərq isə meyxananın Azərbaycanda, repin isə Amerikda yaranmasıdır. Məncə, öz mədəniyyətimizi, musiqimizi əcnəbiləşdirməməliyik".

Tarix
2014.03.14 / 23:20
Müəllif
Lalə Novruzlu
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla