Yuxarı

Rusiya qoşunlarını geri çəkməsi üçün 3 şərt qoydu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Ukraynaya hərbi müdaxilədən imtina etmək üçün güzəştə getməyə hazırdır. Lakin rəsmi Moskva Ukraynada prezident seçkilərinin vaxtının dəyişdirilməsini tələb edə bilər.

Bu barədə Ukrayna mətbuatı iddia edib.

İddiaya görə, martın 5 də Parisdə ABŞ dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında keçirilən görüşdə Lavrov 3 tələblə çıxış edib.

1.Ukraynada prezident seçkilərinin vaxtı dəyişdirilsin.
2.Ukrayna NATO-ya daxil olmaq fikrindən daşınsın.
3.Rəsmi Kiyev Avropa Birliyi ilə Assosiasiya haqda sazişin imzalanmasından imtina etsin.

"Rusiya Krımda "kobud rəftar" etməklə Ukraynada mayda keçiriləcək prezident seçkilərini ləğv etmək istəyir. Putin çox yaxşı başa düşür ki, prezident seçkiləri keçirilsə, ya Kliçko, ya da Poroşenko qalib gələcək. Bu siyasilər isə Kremlin nəzarəti altında deyil. İkisindən biri hakimiyyətə gəlsə, Ukrayna mütləq Avropa Birliyi ilə Assosiasiya haqda sazişi imzalayacaq, NATO-ya üzv olacaq. Putin isə bunu istəmir", deyə mətbuat iddia edib. (ANS)

Tarix
2014.03.14 / 20:08
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla