Yuxarı

“İctimai TV artıq AzTV-yə çevrilib”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında İctimai TV-nin son dövrdəki fəaliyyətinə ciddi irad tutulub.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, iclasda hökumətin illik hesabatının müzakirəsi zamanı çıxış edən deputat Qüdrət Həsənquliyev ölkədə dini maarifləndirmə məsələsinə toxunaraq İctimai TV-dən narazılığını bildirib.

O qeyd edib ki, son vaxtlar İctimai TV AzTv-yə çevrilib: "Əvvəllər yenə yaxşı idi. Maraqlı maarifləndirici verilişlər olurdu. Son vaxtlar İctimai TV-ni AzTV-nin bir hissəsinə çeviriblər. Buna nə ehtiyac var? Onsuz da AzTV kimi dövlət kanalımız var, daha İctimai TV-yə nə ehtiyac? Bu TV-nin işi ictimai maarifləndirmə işi aparmaq idi".

Deputat çıxışında səhiyyə sahəsinə də toxunub: "İnsanların bir çoxu müalicə üçün xarici ölkələrə gedir, sonra virus daşıyıcısı kimi ölkəmizə qayıdır. Hazırda Azərbaycanda əhalinin 10 faizi Hepatit C xəstəsidir. Bu, çox böyük rəqəmdir".

O qeyd edib ki, ölkədə bu qədər dövlət səhiyyə obyektlərinin qalmasına ehtiyac yoxdur: "Dövlət o müəssisələrdə həkimlərə yüksək səviyyədə maaş verə bilmir, ona görə də neqativ hallara yol verilir".

Q. Həsənquliev təhsil ocaqlarının özəlləşdirilməsinin vacibliyini də vurğulayıb: "Bəzi akademiyalardan başqa, dövlət universitetlərin hamısı özəlləşdirilməlidir. O universitetlərin verdiyi vergi hesabına müəllimlərin maaşını qaldırmaq olar. Deyirik ki, orta təhsil pulsuzdur. Amma gəlin, sorğu keçirək, kim repetitor yanına getmədən universitetə qəbul ola bilir? Valideynlərdən kim övladını oxutmaq istəyirsə, repetitora pul vermək məcburiyyətindədir. Nəhayət, bu məsələ ilə bağlı qərar qəbul etmək vaxtı çatıb, hökumət təhsil kreditlərinin verilməsinə başlamalıdır".

Tarix
2014.03.14 / 19:57
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla