Yuxarı

VHP Gənclər Təşkilatının sədri istefa verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pünhan İmamlının səlahiyyətləri Vüsal Namiqoğluna həvalə olundu.

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatı Məclisinin növbəti yığıncağı keçirilib. Toplantıda təşkilati məsələlər və konfransa hazırlıq məsələləri müzakirə edilib. Müzakirələrdə çıxış edən VHP Gənclər Təşkilatının sədri Pünhan İmamlı bildirib ki, artıq ötən konfransdan iki il ötür, Gənclər Təşkilatının Əsasnaməsinə görə təşkilatın seçkili orqanları buraxmalı, təşkilat komitəsi yaradılmalı və konfransa hazırlıq işlərinə başlanmalıdır.

Pünhan İmamlı Gənclər Təşkilatının Əsasnaməsinə uyğun olaraq səlahiyyət müddəti bitdiyi üçün istefa verib. Məclis P.İmamlının istefasını qəbul edib və sədrin səlahiyyətlərinin icrası müvəqqəti olaraq Vüsal Namiqoğluna həvalə edilib.

Gənclər Təşkilatının Məclisi də özünü buraxıb, 5 nəfərdən ibarət konfransa hazırlıq üzrə təşkilat komitəsi yaradılıb. Nicat Kamal təşkilat komitəsinin sədri, Röyalə Məmmədova isə katibi seçilib.

Gələn həftədən etibarən konfrans nümayəndələrinin seçiminə başlanılacaq, gənclər təşkilatının sədrliyinə namizədlər irəli sürüləcək və təbliğat-təşviqat kampaniyasına start veriləcək.

Tarix
2014.03.14 / 19:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla