Yuxarı

Suriyaya gedənlərə 12 il həbs veriləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli Məclisinin bu gün keçirilən plenar iclasında ölkədə muzdlular yığma, onlara təlim keçmə, həmçinin onlardan hərbi münaqişələrdə, hərbi əməliyyatlarda istifadə etmə ilə bağlı cəzaların, o cümlədən ölkə hüdudlarından kənarda təşkilatlanaraq silahlı münaqişələrdə iştirak etməyə görə yeni ciddi cəzaların tətbiq olunması müzakirə edilib.

Hüquq siyasət və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi barədə məlumat verib. O bildirib ki, bununla bağlı Cinayət Məcəlləsinin 114-cü maddəsinə dəyişikliklər və yeni 283-1 maddəsi təklif olunur.

114-cü maddəyə dəyişikliyə əsasən muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə cəzalar 8 ildən 12 ilə qədər olacaq (hazırda 4 ildən 8 ilə qədərdir). Eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə isə cəza 9 ildən 15 ilə qədər olacaq (hazırda 8 ildən 15 ilə qədərdir). Maddəyə edilən digər dəyişikliyə görə, muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı 5 ildən 11 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq (hazırda 3 ildən 8 ilə qədərdir).

Azərbaycanın hüdudlarından kənarda silahlı münaqişələrdə iştirakla bağlı yeni 283-1 maddəsində göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarını və ya Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsləri dini məzhəbləri yaymaq, dini ayinlərin icrası adı altında, yaxud dini düşmənçilik zəminində ölkə hüdudlarından kənarda aparılan silahlı münaqişələrə cəlb etmə, yaxud bu məqsədlə döyüş təlimləri keçmə, həmin məqsədlə fəaliyyət göstərən sabit qrup yaratma, belə qrupa rəhbərlik etmə faktı 9 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Eyni əməllər yetkinlik yaşına çatmayan şəxsi cəlb etməklə törədildikdə, 12 ildən 15 ilədək cəza nəzərdə tutulur.

Yuxarıda nəzərdə tutulmuş qruplarda, təlimlərdə və ya silahlı münaqişələrdə iştirak etmə isə 7 ildən 11 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Yeni maddədə göstərilən qeyddə bildirilir: "Yuxarıda nəzərdə tutulmuş əməli törətmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etdikdə və ya başqa üsulla həmin maddələrdə nəzərdə tutulan əməllərin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir".

Layihə səsə qoyularaq qəbul olunub. ("Azvision.az")

Tarix
2014.03.14 / 19:43
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla