Yuxarı

Kredit istəyənlərə namaz qılmaq şərti - Açıqlama

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bizim bankda kredit verilmir".

Bunu "Axar.az"ın islam bankçılığı ilə bağlı suallarını cavablandıran "Nikoyl Bank"ın müştəri xidmətləri departamentinin əməkdaşı Günay Abbasova bildirdi:

"Bakımızda "Halal banking" şöbəsi fəaliyyət göstərir və faizin haram olduğunu düşünən inanclı insanlar "Nikoyl Bank"a pul yatırırlar. Amma başqa əmanətçilərdən fərqli olaraq onların verdikləri pul heç bir faiz əməliyyatlarında iştirak etmir. Yalnız hesabda qalır. Bankımızda hesab açan inanclı şəxslər üçün məbləğdən asılı olaraq "Halal kart" veririk. Hesaba qoyulan minimum məbləğ 100 manat olmalıdır. Onlardan komissiya xərci də digərlərinə nisbətən az tutulur. Belə ki, bizim mömin müştərilərimizdən hər 200 manata görə 1 manat pul alırıq. Amma digər müştərilərdən isə bu müvafiq olaraq 1-3 faiz arasında dəyişir. Lakin Bizim bankda kredit verilmir".

Xatırladaq ki, bir neçə gün öncə "Axar.az"a aztəminatlı vətəndaşlardan biri banklardan, xüsusən də "Nikoyl Bank"dan kredit almaq üçün tələb olunan şərtlər sırasında namaz qılmaqla bağlı tələbin olması ilə bağlı məlumat vermişdilər. Onların sözlərinə görə, bankdan faizsiz kredit götürmək istəyənlər mütləq namaz qılmalıdır.

Tarix
2014.03.14 / 18:44
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla