Yuxarı

Stomatoloji mərkəzlər Hepatit C virusu yayır - SOS

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Araşdırma göstərir ki, son vaxtlar Hepatit C virusuna yoluxma hallarında artım var".

Bu sözləri "Axar.az"a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova son zamanlar Hepatit C virusunun artması və əhalinin 12 faizinin bu virusa yoluxması ilə bağlı problemə aydınlıq gətirərkən dedi.

Nazirlik vətəndaşları diqqətli olmağa çağırır

Mətbuat xidmətinin əməkdaşı bildirdi ki, nazirlik bu istiqamətdə tez-tez yoxlamalar aparır: "Araşdırma göstərir ki, son vaxtlar Hepatit C virusuna yoluxma hallarında artım var. Ancaq bu, həddən artıq deyil. Bunu qorxulu həddə çatması kimi qiymətləndirmək düzgün olmazdı.

Ancaq nazirlik mütəmadi olaraq yoxlamalar keçirir. Gigiyenik qaydalara riayət etməyən bütün tibb müəssisələrində araşdırma aparılır. Bu virusun daha çox yayılma və yoluxma ehtimalı olan stomatoloji mərkəzlərin iş şəraiti daha çox yoxlanılır".

S.Əhmədovanın sözlərinə görə, gigiyenik qaydalara əməl edilməyən belə mərkəzlər müəyyən edildikdə onların fəaliyyətinə xitam verilir: "Cərimə tətbiq edilən yerlər də olur. Əgər fakt varsa ki, həmin mərkəzdə müayinə zamanı kimsə virusa yoluxub, sahibkara cinayət işi də açıla bilər".

Nazirlik sözçüsü qeyd etdi ki, gigiyenik qaydalara riayət etməyən mərkəzlərin aşkar edilməsi ilə birbaşa nazirlik özü məşğul olur: "Bunun üçün polis orqanları ilə heç bir əməkdaşlıq edilmir və bu, nəzərdə tutulmayıb. Natəmiz şəraitdə işləyən stomatoloji mərkəzlərin fəaliyyəti qadağan edildikcə, ev şəraitində bu işlə məşğul olanların sayı artır. Bu həm də vergidən yayınma deməkdir".

Nazirlik sözçüsü belə yerlərin aşkar edilməsində vətəndaşları diqqətli olmağa və nazirliyə yardım etməyə çağırdı.

Təkcə stomatoloji mərkəzlər deyil…

Tibb elmləri doktoru Adil Qeybullanın fikrincə isə ölkədə Hepatit C virusunu yayan müəssisələr həddən artıq çoxdur: "Daha çox qanla yoluxan bu virusu təkcə stomatoloji mərkəzlər yaymır. Bakıda yüzlərlə kosmetoloji, manikür-pedikür mərkəzləri var. Heç bir gigiyenik qaydalara riayət etmədən fəaliyyət göstərən bu mərkəzlərdə də yoxlamalar aparılmalıdır. Stomatoloji mərkəzlərdə virusa yoluxma faktları olması da danılmazdır".

A.Qeybulla çıxış yolu kimi stomatoloji mərkəzlərdə istifadə edilən alətlərin birdəfəlik istifadəsini məsləhət görür: "Virusu yoluxdurma ehtimalı olan müalicə alətləridir ki, onlardan da hər gələn pasientin müayinəsində istifadə edilir. Nə qədər sterlizə edilsə də, virus ölmür. Bu alətlərin birdəfəlik başlıqları var. O qədər də baha deyil, ondan istifadə etmək vacibdir".

Xatırladaq ki, Azərbaycanda Hepatit C virusuna yoluxanlar günbəgün artır. Buna səbəb kimi stomatoloji mərkəzlər göstərilir. İddia olunur ki, bu cür mərkəzlər ölkədə yayılan təhlükəli virusların, o cümlədən, Hepatit C virusunun yayılma mənbəyidir.

Çünki gigiyenik qaydalara riayət edilmir. Səhiyyə Nazirliyi onların fəaliyyətinə xitam versə də, gizli şəkildə işləyən tibb məntəqələri hələ də qalır. Onlar vergidən yayınmaqla yanaşı, lisenziyasız fəaliyyət göstərir, o cümlədən Hepatit C virusunun yayıcısı rolunu oynayırlar.

İran klinikalarında bu virusdan müalicə olunan azərbaycanlıların sayının çox olması da durumun acınacaqlı olduğuna nümunədir.

Hətta millət vəkili Qənirə Paşayeva parlamentin iclasında deyib ki, Hepatit C xəstəliyinin qarşısının alınması üçün dövlət proqramına ehtiyac var.

Tarix
2014.03.14 / 17:53
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla