Yuxarı

Azərbaycanlı alim Nobel medalı aldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada dünyanın müxtəlif ölkələrindən 200-ə yaxın elm adamının iştirakı ilə dünya alimlərinin əldə etdiyi nailiyyətləri qiymətləndirmək üçün beynəlxalq elmi-praktik konfrans keçirilib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, AMEA-nın mətbuat xidmətindən verilən məlumata görə, tədbir Avropa Elmi və Sənaye Konsorsiumu, Rusiya Təbiət Elmləri Akademiyasının (RTEA) Rəyasət Heyəti, Avropa Təbiət Elmləri Akademiyası, "Publishing House" Təbiət Elmləri Akademiyası və tanınmış beynəlxalq elmi jurnalların redaksiya heyətinin təşkilatçılığı ilə baş tutub.

Konfransda AMEA Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutunun elmi işlər üzrə direktor müavini, aqrar elmlər üzrə fəlsəfə doktoru Zakir Əliyev mükafata layiq görülüb. RTEA-nın Beynəlxalq "Fundamental və tətbiqi tədqiqatlar", eləcə də "Elm və təhsilin müasir problemləri" jurnalında dərc olunmuş məqalələr aktual problemlərə həsr olunan elmi nailiyyətlər kimi qiymətləndirilib, müəllif A.Nobel medalı mükafatına layiq görülüb. "Azərbaycanda dağ əkinçilik şəraitində istifadə olunan impulslu yağışyağdırmanın distansion avtomatlaşdırılmış idarə etmə sistemləri" və "Azərbaycanda becərilən dağlıq ərazi torpaqlarının eroziyadan mühafizəsinin elmi əsasları" sərlövhəli məqalələr sertifikatla təltif olunub və "Rusiyanın milli elminin qızıl fondu"na daxil edilib. Eyni zamanda RTEA-nın professoru seçilən və A.Nobel medalı döş nişanı ilə təltif olunan Z.Əliyevin soyadı "Rusiyanın tanınmış alimləri" elektron ensiklopediyasına daxil edilib.

Tarix
2014.03.14 / 15:45
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla