Yuxarı

“Ermənistanla atəşkəsi Rusiyadan gizli razılaşdırdıq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Atəşkəs müqaviləsinin axırı gəlmir və sonu da yoxdur".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Vəfa Quluzadə deyib.

O, atəşkəs müqaviləsinin sonunun bitməsini mümkünsüz bir şey adlandırıb:

"Atəşkəs imzalananda onun siyasi tərəfi ilə mən şəxsən özüm məşğul olmuşam. Atəşkəsin formulası belədir. Atəşkəs sülh əldə olunana qədər davam edəcəkdir. Ona görə də atəşkəsin vaxtının bitməsi tamamilə mümkün olmayan bir şeydir. Bu o deməkdir ki, yüz il də olsa, atəşkəs davam edəcək. Ona görə də atəşkəs müqaviləsinin axırı gəlmir və sonu da yoxdur".

Politoloq bu müqavilənin Moskvanın iştirakı olmadan gizli şəkildə hazırlandığını qeyd edib: "Atəşkəs imzalanmağa hazır olanda Moskvanın təklifi belə idi: üç aylıq atəşkəs olsun və hər üç aydan bir tərəflər Moskvaya atəşkəsin uzadılması barədə müraciət etsinlər. Lakin bu, hər iki ölkəni hər üç aydan müharibə təhlükəsi altında qoymaq və Rusiyanın ayağının altına tamamilə yıxmaq demək idi. Ona görə də atəşkəs haqqında müqaviləni mən və Jirar Liparityan Moskvanın iştirakı olmadan Paris vasitəsilə telefonla razılaşdırdıq. Mən bu müqaviləni razılaşdıranda prezidentin otağında otururdum. Heydər Əliyev də bunun tərəfdarı idi. Ona görə də biz Moskvanın iştirakı olmadan belə bir razılaşma əldə etdik ki, atəşkəs sülh əldə olunana qədər davam etsin. Bu, sonradan Moskvanın narazılığına səbəb oldu, amma onlar daha atəşkəsi pozmadılar".

Qeyd edək ki, bəzi yerli mətbuat orqanların bu il atəşkəs müqaviləsinin bitəcəyini və buna görə də orduların döyüş vəziyyətinə gətirildiyini yazıb.

Xatırladaq ki, Vəfa Quluzadə uzun müddət Azərbaycan Respublikasının Xarici Məsələlər üzrə Dövlət müşaviri və Təhlükəsizlik Şurasının üzvü vəzifələrində çalışıb.

Tarix
2014.03.14 / 13:40
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

İrəvan bu məsələdə heç bir irəliləyiş əldə etməyib

Qırğızıstan prezidenti Ağdama gedəcək

Əliyev tələb etdi, İrəvan razılaşdı - Delimitasiya ssenarisi…

Paşinyan KTMT ilə bağlı qəti qərarını elan etdi

Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan

BAM inşaatçıları yaxşı bilirlər ki, Heydər Əliyev...

Muxtar Babayev BMT baş katibi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla