Yuxarı

Siyavuş Novruzovdan icra başçılarına xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentdə hökumətin hesabatı ətrafında müzakirələr davam edir. Deputat Mübariz Qurbanlı isə iqtisadi inkişafdan bəhs etdi və deputatı olduğu Şəmkirdəki inkişafı da buna misal çəkdi.

Hadı Rəcəbli Azərbaycanın "intibah dövrünü yaşadığını" bildirdi. Deputat qaçqın və kğçkünlərə ayrılan vəsaitin 637 milyon manata çatdırıldığını, 2013-cü ildə büdcədən sosial məsələlərə 36,6 faiz vəsait ayrıldığını xatırlatdı. H.Rəcəbli tibbi sığorta ilə bağlı qanunun icra olunmamasından danışdı: "1999-cu ildə tibbi sığorta ilə bağlı qanun qəbul olunub. Amma bu başıbəlalı qanun bu günə qədər işləmir. Bu qanunu biz qəbul etmişiksə və cənab prezidentin tapşıırğı varsa, niyə o, icraya ynəldilmir? Kimə deyirsənsə, deyir çox ağır məsələdir. Hansı məsələ ağır deyildi? Məgər yol çəkmək, körpü çəkmək ağır deyildi?"

Siyavuş Novruzov dedi ki, Amerikada sunami olanda dövlət heç kimə ev tikmir, soruşur ki, sən mənzilini sığortalamısan, ya yox: ""Sahil" metrosunun üstündə böyük ticarət mərkəzi yandı, kifayət qədər insan ziyan çəkdi, ancaq heç kimin sığortası yoxdur. Düzdür, hökumətimiz Kürdən ziyan çəkənlərə görmədikləri mənzili tikib verdi, Zaqatala zəlzələsindən sonra evlər tikildi. Ancaq sığortası olsa, belə problem yaranmazdı".

"Bu gün Azərbyacan hətta corab, maykanı da ya İran, ya da Çindən alır. Azərbaycanın imkanı var ki, yun, pambıq və dəri sənayesini inkişaf etdirsin, həm iş yerləri açılsın, həm də öz hesabına vətəndaşlarını təmin etsin"-deyə, deputat bildirdi. S.Novruzov "havada qalan" – sənədsiz evlərdən də danışdı. Dedi ki, artıq bu məsələyə ciddi nəzaerət olmalıdır. Deputat ön cəbhədə olan zabitlərin təminatı səviyyəsini yüksəltmətyə çağırdı: "Elə insan var 5-6 ildir ömn cəbhədə xidmət göstərir, onun digərindən fərqi olmalıdır".

S.Novruzov icra başçılarına da xəbərdarlıq etdi. Dedi ki, bir icra başçısı başqası ilə əvəzlənəndə əvvəlki başçının tikdiyi parkı söküb təzədən tikməyə ehtiyacv toxdjur: "Dövlətin külli miqdarda vəsaiti gedir. Bir küçə bərbad gündədir, onu təmir etmir, təmir olunan parkı söküb yenidən qurur. Tikmək istəyirsən yenisini tik. Dövlətikn vəsaitini havaya sovurmasınlar". Deputat Maliyyə Nazirlyini bu kimi faktları nəzarət altına almağa çağırdı.

Tarix
2014.03.14 / 13:05
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəmaləddin Heydərov müşavirə keçirdi

İlham Əliyevlə Ştaynmayerin geniş tərkibdə görüşü oldu

Əliyevin Ştaynmayerlə təkbətək görüşü keçirildi

Qazaxıstanın hərbi mütəxəssisləri ilə görüş keçirildi - Foto

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Xankəndidə

FHN-də tədrisin keyfiyyətinə xüsusi əhəmiyyət verilir - Foto

Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi

Bakıdan sülh sazişi ilə bağlı təkliflər aldıq - İrəvan

İrəvan Bakıdan sülhlə bağlı növbəti təklifləri aldı

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla