Yuxarı

Abutalıbov danışıqları yarımçıq tərk etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

12:23

Ticarət obyektlərinin sökülməsindən narazı olan metro ticarətçiləri Bakı Şəhər İcra Hakimiyyətində görüş keçirirlər.

"Axar.az" xəbər verir ki, hazırda etirazçıların bina daxilinə buraxıldığı bildirilib.

Etirazçılardan fərqli olaraq, Bakı Şəhər İcra Hakimiyyətindəki görüşə jurnalistlərin iştirakına imkan verilmir (Musavat.com).

Qeyd edək ki, bir az öncə "Elmlər Akademiyası" metro stansiyası qarşısında metro ticarətçilərinin aksiya keçirəcəyi gözlənilirdi. Lakin tacirlər aksiyada imtina edib, görüş keçirməyə üstünlük vermişlər.

Onu da xatırladaq ki, ticarətçiləri Bakı Metropoliteninin qərarı ilə bağlanacaq obyektləri narahat edir. Hətta bağlanma təhlükəsi ilə əlaqədar tacirlər metro obyektlərindəki qiymətləri iki qat aşağı endiriblər.

13:54

Narazı metro ticarətçiləri ilə BŞİH rəhbərliyi arasınd keçirilən görüş nəticəsiz və uğursuz qalıb. Bu barədə şikayətçilərin nümayəndələri danışıblar. Onların dediyinə görə, ticarətçilər BŞİH-dən bir il vaxt istəyiblər. Onlar bu tələblərinə əsas olaraq göstəriblər ki, əksəriyyətinin banklara külli miqdarda borcu var və bu borcları bağlamaq üçün uzun müddət işləməlidirlər. Ancaq BŞİH rəhbərliyi bununla razılaşmayıb və ticarətçilərə müxtəlif ticarət mərkəzlərində yerlə təmin olunacaqları barədə vəd verib. Ticarətçilər isə həmin yerlərin ucqar olduğunu, orada işləməklə pul qazana bilməyəcəklərini deyiblər. Görüşdə gərginlik yaranıb və Hacıbala Abutalıbov danışıqları yarımçıq tərk edib.

Bununla belə, razılıq əldə olunub ki, gələn həftənin birinci günü ticarətçilər və BŞİH rəhbərliyi yenidən görüşsünlər ("Musavat.com")

Tarix
2014.03.14 / 13:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla