Yuxarı

Hacı İbrahim Ziya Məmmədovdan kömək istədi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat Nazirliyi "Khazar Island"a torpaq daşınmasına qadağa qoyub.

"İnanıram ki, Ziya Məmmədov bu kiçik problemin aradan qaldırılmasına öz köməkliyini göstərəcək"

"Avesta" konserninin prezidenti, iş adamı Hacı İbrahim Nehrəmlinin "Khazar Island" ("Xəzər adaları") layihəsində problemlər yaranıb. İki həftəyə yaxındır ki, dənizi qurutmaq üçün kənardan torpaq daşınmasına süni maneələr yaradılıb.

Bu barədə "Yeni Müsavat"a danışan Hacı İbrahim qeyd etdi ki, bu günə kimi dənizdə süni ada yaradılması üçün kənardan daş-torpaq daşınıb: "İndiyə qədər Bakıdan kənardan və bir də dənizə yaxın böyük təpəlikdən daşıyırdıq. İki həftədir süni maneələr yaradılır. Guya qum, torpaq daşıyan maşınlarımız yolları dağıdır.

Bizim maşınlar heç bir magistral yola çıxmır. Ara yollardan keçib torpağı daşıyır. Əgər maşınlarımız yolu dağıdırsa, mən həmin yolu təmir etməyə hazıram. Guya yolları ağır tonnajlı maşınlar dağıdır. Ona görə bu dəqiqə maşınlara 5 kubdan artıq torpaq daşımağa icazə vermirlər. Bu da bizim işimizə mane olur."

Hacı İbrahimin sözlərinə görə, yaranmış vəziyyətə görə Qubada iki qum-çınqıl karxanasını bağlamaq məcburiyyətində qalıb: "Quba, Xaçmazdan qrabel, qum gətirə bilmirik. Deyirlər ki, qanunda yolların sağlam saxlanması, qorunması haqqında müddəa var. Guya bizim maşınlar da həmin yolları dağıdır. Ancaq bu, təkcə mənimlə bağlı deyil. Ümumiyyətlə, 5 kubdan çox yük daşımağa qoymurlar. Yüklərin əsasən dəmir yolu ilə daşınmasına icazə verilir. Onlar da fürsətdən istifadə edib, tarifləri 35 faiz artırıblar. Üstəlik yükləri daşımaq üçün yük vaqonları çatışmır. Yük vaqonu çatışmır deyə qum daşımağın qiyməti 35 faiz artıb. Belə getsə, yaxın vaxtlarda tikinti sektorunda böhran yaranacaq. Yük maşınlarına qadağa qoyulub, dəmiryolu ilə də çatdırmaq olmur".

İş adamı problemlə bağlı nəqliyyat naziri Ziya Məmmədova müraciət etdiyini bildirdi: "İnanıram ki, məsələ müsbət həllini tapacaq. Cənab nazirə məktub göndərmişəm. Ziya müəllim mənim çoxdankı dostumdur, o da bu ölkədə qurub-yaradan məmurlardandır. Ümidvaram ki, o, mənim bu xırda problemimin həllinə köməklik göstərəcək, 300 metrlik magistral yolun təmirini mənə həvalə edəcək və bununla da hər şey öz həllini tapacaq".

Hacı İbrahim yaranmış problemin layihənin inşasına mane olmadığını və martın 20-dən sonra adadakı mənzillərin satışına başlanacağını söylədi: "Evlərin satışına martın 20-dən sonra başlanacaq. Şərtlər də açıqlanacaq. Məncə, böyük ajiotaj olacaq, müştəri növbəsi yaranacaq. Mənzillər 10-15 illik ipoteka ilə də veriləcək. İpoteka şərtlərində 4-10 faiz arası kredit nəzərdə tutulub. Bütün banklarla işləyəcəyik".

Tarix
2014.03.14 / 09:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla