Yuxarı

Moskva Univermağında yanğın - Yeniləndi/Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:38

Bakıda ən böyük ticarət mərkəzlərindən biri olan Moskva Univermağında yanğın baş verib.

"Axar.az"ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın birinci mərtəbədə yerləşən gəlinlik paltarları olan dükandan başlayıb. Tez alışan materiallar olduğundan, yanğın qısa müddətdə yayılıb. Yanğın hazırda davam edir.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

09:08

Yanğın 2-ci və 3-cü mərtəbədə başlayıb. Əsas ziyan 2-ci mərtəbəyə dəyib. Gəlin paltarları və qızıl bölmələrinin 70-dən çoxu yanıb.

FHN-nin hadisə yerində olan yüksək rütbəli əməkdaşının bildirdiyinə görə, yanğın 07:55-də univermağın 2-ci və 3-cü mərtəbələri arasındakı eskalatorda başlayıb. Hal-hazırda yanğın lokallaşdırılıb. Yanğına ilkin səbəb kimi qısaqapanma göstərilib. Yanğın səhər tezdən baş verdiyi üçün satıcılar hələ fəaliyyətə başlamadığından heç kəs xəsarət almayıb. Bu anlar yanğın ocaqlarının söndürülməsi işləri aparılır.

10:10

Fövqəladə Hallar Nazirliyi Moskva Univermağında baş vermiş yanğınla bağlı rəsmi məlumat yayıb.

"Axar.az"ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdyi xəbərə görə, Bakı şəhəri, Nəsimi rayonunda dördmərtəbəli "Moskva" Ticarət Mərkəzinin mərtəbələrarası eskalator və ona yaxın birinci mərtəbədə yerləşən zinət əşyalarının satışı üçün quraşdırılmış taxtadan ibarət vitrinin yanar konstruksiyaları 50 kv.m sahədə yanıb. Ticarət mərkəzinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:44-də yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. Bir nəfərin ürəyi sıxılıb və təcili tibbi yardım işçiləri ilk tibbi yardım göstərib.

Tarix
2014.03.14 / 10:10
Müəllif
İsmi Şahzadə, Tural İbadlı
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla