Yuxarı

Qaradağda avtobusla "Prado" toqquşdu: 1 ölü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda 1 nəfərin ölümü və 3 nəfərin yaralanması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, hadisə Xocahəsən qəsəbəsi ərazisində qeydə alınıb. Avtovağzaldan Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan "90 HR 352" dövlət nömrə nişanlı "Toyota Prado" markalı avtomobil magistral yolda qoşa xəttin tələbinə məhəl qoymayaraq dönmək istəyərkən qarşı tərəfdən gələn "10 TE 932" nömrəli "Daewoo" markalı marşrut avtobusu ilə toqquşub. Zərbə güclü olduğundan hər iki avtomobil yolun kənarında olan su kanalına düşüb. "Toyota Prado"nun sürücüsü avtomobilin ön şüşəsindən çıxaraq kanala düşüb. Onun cəsədi ətrafdakı insanlar tərəfindən çıxarılıb. Avtobusun sürücüsü və bir neçə sərnişin ağır bədən xəsarətləri ilə 1 saylı şəhər kilinik xəstəxanasına çatdırılıblar.

Hadisə yerinə Dövlət Yol Polisinin Qaradağ Rayon Şöbəsinin əməkdaşları gəlib. Hər iki avtomobil su kanalından çıxarılaraq evakuatorlar vasitəsi ilə hadisə yerindən uzaqlaşdırılıblar.

Tarix
2014.03.14 / 01:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla