Yuxarı

Küçə qadınlarının saçyoldusu – Şou-biznes

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sou-biznes aləmi ilə bağlı mediada hər zaman qalmaqalların şahidi oluruq. Maraqlıdır, bu şou-biznesin pozulmaz qanunudur, yoxsa bunsuz da keçinmək olar? Özünə yer tutmaq üçün qalmaqala ehtiyac varmı?

"Axar.az" bu mövzuda tanınmışlar arasında sorğu keçirdi.

Müğənnilərin qalmaqalı küçə qadınlarının saçyoldusu kimidir

Şair Maarif Soltan bildirdi ki, şou adamlarının qalmaqalları küçə qadınlarının saçyoldu davaları səviyyəsindədir: "Bu da onlara yalnız öz səviyyələrində populyarlıq qazandıra bilər, əslində isə, normal adamların yanında özlərini daha da rüsvay edirlər. Sənəti, istedadı olan heç bir sənət adamı qalmaqalla gündəmə gəlmək istəməz. Fərqlənmək, seçilmək istəyi, görünür hər bir adamın təbiətində var, ancaq məsələn, mədəni bir adam gündəmə gəlmək üçün durub dombalaq aşarmı? Təbii ki, yox. O elə öz mədəniyyəti ilə seçiləcək. Ola bilsin, çox məşhur olmasın, ancaq onu tanıyanlar da azsaylı seçilmiş adamlar olacaq. Məni ümumiyyətlə, həmin o şou-biznes qətiyyən, nə özü, nə də qalmaqalları maraqlandırır və təbii ki, onları izləmirəm də.

Təəssüflənirəm ki, Flora xanım kimi bir sənətkarın da ətrafında belə bir qalmaqal yaratdılar, ancaq deyəsən, salamat çıxa bildi".

Yazıçı arada bir şuluqluq salmalıdı ...

Sevinc El-sevərə görə bəzən qalmaqala ehtiyac var: "Vaqif Səmədoğlunun bir sözü qalıb yadımda, deyir: "Yazıçı aradabir şuluqluq salmalıdı".

Qalmaqal da lazımdı, kimsəsiz adaya düşən adam dünyaya necə mesaj ötürürsə ki, burdayam, məni xilas eləyin, yaradıcı adam da sənətə gələndə qalmaqalla məşhur olmaq istəyir. Məncə bu, normaldır. Amma bizim şou-biznesdə elə müğənnilər var ki, onların yaradıcılığı ancaq qalmaqal fikirləşib tapmaqdan ibarətdir. Bu, artıq normal deyil. Sənət öz yerində, şou, qalmaqal öz yerində olmalıdır. Müğənnilər, siyasətçilər, televiziya aparıcıları, hətta yazı adamları qalmaqaldan istifadə edir. Yadımda qalan qalmaqallar qarışıqdı. Vallah, səhv eləyə bilərəm. Flora xanımın Röya ilə qalmaqalı vardı. Yaxşı yadımdadır, mən də bunun haqqında yazı yazmışdım, Röyanın tərəfini də tutmuşdum. Gənc nəsli sıxışdırmayın, deyə! Onların hamısı qalmaqallar eləyir hər gün, bir deyil, beş deyil. Ədəbiyyatda yadımda qalan ən güclü qalmaqal Əkrəm Əylislinin "Daş yuxular" romanı ətrafında gedən qalmaqal idi".

Hafiz Hacıyevin qalmaqalları da yaddan asanlıqla çıxmır

Şair Qulu Ağsəs ümumiyyətlə, bu insanları bir sənətçi kimi qəbul etmədiyini dedi:

"Baxmıram onlara. Mənim dostlarım əsl sənətçilərdi. Onlar da qalmaqal eləmirlər. Onlar mənim üçün yoxdurlar. Olmayıblar da".

Qalmaqallı müğənniləri saymaqla bitməz

Şair Ehtiram İlham istedadı olmayan bu insanların qalmaqalla, dava-dalaşla gündəmdə qalmağı seçdiklərini bildirdi: "Əslində, onların başqa yolları da yoxdur. Özlərini sənətdə təsdiq etməyi bacarmayan qabiliyyətsizlər həmişə özlərini reklam etdirib gündəmdə qalmağa cəhd edir, heyif ki, istəklərinə çatmağı bacarırlar da. Bütün bunların isə əsl sənətə heç bir aidiyyatı yoxdur. Qalmaqallı müğənnilər saymaqla bitməz. Onların ürək bulandıran qalmaqalları, cığallıqları isə az qala hər gün davam edir. Bu mənasız hadisələri isə yadda saxlamağa yəqin ki, ehtiyac da yoxdur".

Şair həmçinin qalmaqallardan uzaq olmağa çalışan və buna nail olan istedadlı sənətçılərin də olduğunu dedi: "Onların sayı az olsa da, mədəniyyətimizə verdikləri töhvələr göz önündədir. Belə sənətçılərdən Zülfiyyə Xanbabayevanın, Tünzalə Ağayevanın adlarını çəkmək olar".

Bəzi tanınmışlar isə suallarımıza cavab verməkdən yayındılar. Bunu onunla izah etdilər ki, şou-biznes və qalmaqallar onlara maraqlı deyil.

Tarix
2014.03.14 / 00:17
Müəllif
Lalə Novruzlu
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla