Yuxarı

Putinin sanksiya ilə üzləşəcək yaxınlarının siyahısı açıqlandı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Krımda aqressiv siyasəti dəstəklədiyi üçün Vladimir Putinin aşağıdakı yaxınları Avropa Birliyinin sanksiyaları ilə üzləşəcək. Həmin şəxslər əsasən Rusiyanın hərbi, siyasi və biznes sahələrinin təmsilçiləridir.

"Axar.az" məlumat verir ki, bu barədə hərbi ekspert Dmitri Timçuk Brüseldəki mənbələrinə əsasən siyahını açıqlayıb. Siyahını təqdim edirik:

1. Aleksandr Bortnikov - Rusiya Federal Təhlükəsilik Xidmətinin rəhbəri;

2. Sergey Qlazyev – Rusiya prezidentinin məsləhətçisi;

3. Nikolaya Patruşev – Təhlükəsilik Şurasının katibi;

4. Sergey Şoyqu – Müdafiə naziri;

5. Vladislav Surkov – Rusiya prezidentinin köməkçisi;

6. Aleksandr Vitko – Qara Dəniz donanmasının komandanı;

7. Valentina Matviyenko - Federal Şuranın sədri;

8. Aleksey Puşkov – Dövlət Dumasının komitə sədri;

9. Dmitri Roqozin – Baş nazirin müavini;

10. Ramzan Kadırov- Çeçenistan rəhbəri;

11. Aleksandr Zaldostanov - "Gecə canavarları" baykerlərinin lideri;

12. Dmitri Kisilyov - "Rusiya bu gün" informasiya agentliyinin rəhbəri;

13. Aleksey Miller - "Qazprom"un sədri;

14. İqor Seçin – "Rosneft"in prezidenti.

Maraqlıdır ki, ilkin siyahıda Rusiya Baş naziri Dmitri Medvedyevin adı yoxdur.

Qeyd edək ki, Avropa Birliyinə üzv ölkələrin rəhbərləri bilidirib ki, martın 20-ə qədər Krım ətrafında hadisələr yoluna qoyulmasa, sanksiyalara start veriləcək.

Tarix
2014.03.14 / 00:03
Müəllif
Ruslan Məmmədoğlu
Şərhlər
Digər xəbərlər

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla