Yuxarı

Malaziyaya aid təyyarə qəzası öncədən görülüb - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Malaziyaya məxsus "Boinq 777" tipli təyyarənin radardan itmə anından sonra daha 4 saat uçması barədə xəbərlər yayılıb.

"Axar.az" xəbər verir ki, Malaziya Nəqliyyat naziri Hişamuddin Hüseyn bu xəbərin yalan olduğunu açıqlayıb.

Təyyarənin yoxa çıxdıqdan sonra dörd saat uçduğu xəbərləri amerikalı səlahiyyətlilərin terror olması barədə şübhələrini artırmışdı.

Digər tərəfdən, altı gündür itkin düşən təyyarənin yerini təsbit etmək üçün Çin peyk görüntülərini yaymışdı. Belə ki, peyk görüntülərində 250 kilometr uzaqlıqda bir obyekt müşahidə edilmişdi.

Bu gün İngiltərə mətbuatında Amerika Federal Mülki Aviasiya Təşkilatının altı ay əvvəl hava yolu şirkətlərinə "Boeing 777" tipli təyyarələrin peyk antenlərinin gövdəsində paslanma və çat olduğu barədə xəbərdarlıq etməsi dərc edilib. Xəbərdə həmçinin təyyarələrdən birinin gövdəsində 16 yerdən çat olduğu bildirilir və təyyarənin yoxa çıxmasına səbəb olduğu qeyd edilir.

Daha bir maraqlı iddia isə özünü "Xristian peyğəmbəri" adlandıran nigeriyalı Josuanın 28 iyul 2013-cü ildə çıxışı zamanı 6 gün əvvəl itən təyyarə qəzasını öncədən görməsidir.

Həmin görüntünü təqdim edirik:

Tarix
2014.03.13 / 22:17
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla