Yuxarı

Bakıda əsir olan ermənilərin ailələri sevindi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Qırmızı Xaç Komitəsinin təmsilçiləri bu gün Azərbaycanda əsir olan Ermənistan sakinləri Akop İnciqulyanın və Arsen Xocoyanın qohumlarına onların məktublarını çatdırıblar.

Bir neçə gün qabaq Azərbaycan sərhədini keçmiş 23 yaşlı Arsen Xocoyanın anası Svetlana bildirib: "Biz bir az öncə Arsendən məktub aldıq. O yazır ki, bizi sevir və çox darıxıb".

Akop İnciqulyanın qardaşı Arutyun İnciqulyan isə qardaşından elə indilərdə məktub aldığını deyir: "O yazıb ki, biz bir qədər dözsək, hər şey yaxşı olacaq".

Ermənistan ordusunun əsgəri, 1991-cu ildə doğulmuş Akop İnciqulyan 2013-cü ilin avqust ayında Qarabağ tərəfdə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttini azaraq keçib və əsir düşüb.

Ermənistanın Tavuş vilayətinin (keçmiş Berd rayonunun) Verin Karmiraxbür kəndinin sakini, 23 yaşlı Arsen Xocayan isə Azərbaycan ərazisinə bu ilin mart ayında keçib. (ANS)

Tarix
2014.03.13 / 21:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla