Yuxarı

Gəncə və Tovuzda təbii qaz iki qızın həyatına son qoydu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncədə tələbə qız dəm qazından zəhərlənərək həyatını itirib.

Gəncə Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə şəhərin Adil İsgəndərov küçəsi, ev 6 ünvanında olub. Yevlax rayon sakini, Gəncə Dövlət Universitetinin birinci kurs tələbəsi, 19 yaşlı Süleymanova Aygün Vasif qızı kirayə yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib. Dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Aygünün həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır.

Tovuz rayonunda da ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayonun Yanıxlı Məşədilər kənd sakini 13 yaşlı fiziki qüsurlu Zəminə Mustafayeva evdə qazı yandırmaq istəyərkən alov onun paltarını alışdırıb. Hadisə baş verən zaman zərərçəkmiş evdə tək olub. Köməksiz vəziyyətdə qalan 13 yaşlı qız yanaraq dünyasını dəyişib.
Z.Mustafayevanın meyiti Tovuz Rayon Mərkəzi Xəstəxanasının Patoloji Anatomiya Birliyinə gətirilib. Meyitin müayinəsi zamanı məlum olub ki, bədənin çox hissəsi yanıb.

Hazırda faktla bağlı Tovuz rayon prokurorluğunda araşdırma aparılır. (Kəpəz TV)

Tarix
2014.03.13 / 19:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla