Yuxarı

Hərbi çevrilişlər beşiyi - Türkiyə

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ilə bağlı hər zaman aktual olan və aktiv müzakirə edilən məsələlərdən biri də hərbi çevrilişlərdir. Bütün siyasi dairələr hərbi çevrilişləri öz maraqlarına uyğun şərh edərək "pis və ya yaxşı" adlandırır. Bu yazıda hərbi çevrilişlərin pis və ya yaxşı olması deyil, tarixinə işıq salmağa çalışacağıq.

Türkiyədəki hərbi çevrilişlərin tarixi Cümhuriyyətdən əvvələ aiddir. Sultan Məhmətə qarşı 1446-cı ildə əsgərlərin etirazı ilə Osmanlıda hərbi çevrilişlərin əsası qoyulub. O zaman Sultan Məhmət taxtdan endirilməsə də, osmanlı sultanı əsgərlərin tələbini qəbul etmiş və onlarla hesablaşmışdı. Sultan Məhmətdən sonra demək olar ki, bütün sultanlar əsgər çevrilişləri ilə üzləşib. 12 Osmanlı sultanı hərbi çevriliş nəticəsində taxtdan endirilib. Osmanlı dönəmində 1446-cı ildə Sultan Məhmətə qarşı olan əsgər qiyamı 1913-cü ildə II Əbdülhəmidin sarayını ələ keçirib taxdan endirilməsi ilə başa çatıb. İmperiyanın süqutundan sonra 1923-cü ildə cümhuriyyət də quruldu, ancaq hərbi çevrilişlərə son qoyulmadı. 1961, 1970 və 1980-cı illərdə yenə hərbi çevrilişlər oldu. Bu qədər hərbi çevrilişlərin olması təəccüb doğurur.

Bununla bağlı Süleyman Dəmirəlin xarici jurnalistin "nəyə görə sizdə bu qədər hərbi çevrilişlər olur?" sualına verdiyi cavab olduqca maraqlıdır:

"Tanrı ingilisi yaratdı, ingilislər dövləti, ingilis dövləti də ordusunu yaratdı. Digər millətlər də həmçinin. Ancaq biz türklərdə bu belə deyil. Tanrı ilk olaraq türkün əsgərini yaradıb, əsgər də millətini yaradıb. Ona görə bizdə hərbi çevrilişlər çox olur".

Süleyman Dəmirəlin dediyi söz yarımzarafat olsa da, Türkiyədə bəzi tarixçilər ciddi-cəhdlə iddia edir ki, türk millətinin tarix boyu qurduğu bütün imperiya və dövlətləri Hun imperatoru Metenin zamanından qalan türk hərbi sistemi qurur və idarə edir".

Mete xan ilə nə əlaqəsi?

Mete xanın hakimiyyətə gəlmək üçün atasını öldürür. Atasının çinli arvadından olan oğlunun hakimiyyətə gəlməsinin qarşısını almaq üçün o, belə bir addım atır. Bir qisim tarixçinin iddiasına görə, Metenin qurduğu dərin dövlət sistemi türk dövlətinin bu cür təhlükəli anlarında idarəçiliyə əl qoyur və hakimiyyətə müdaxilə edir.

Nə qədər düzgün olduğunu deyə bilməsəm də, həmin tarixçilər iddia edir ki, Metenin qurduğu dərin dövlət sistemi 2 min ildir mövcuddur və ardıcıl olaraq bütün türk imperiyalarında mövcud olub. Sonuncu türk imperiyası olan Osmanlının varisi Türkiyə Cümhuriyyətində də bu cür sistemin olduğunu iddia edən tarixçilər də az deyil. Var və ya yoxdur - bu barədə şəxsi fikrimi kiməsə diktə etmədən qərar verməyi öz öhdənizə buraxıram.

Tarix
2014.03.13 / 17:18
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Mustafa Dəstəçi: “Ermənilər Türkiyədən deportasiya edilməlidir”

Türkiyəli deputatlar vurulan helikopterdən danışdı - Özəl

İngilis jurnalistin Türkiyədən qalmaqallı araşdırması - Fotolar

Azərbaycanlı tələbələr Türkiyədə aksiya keçirdi - Foto

ABŞ İŞİD-i Türkiyə ərazisindən vuracaq - Müqavilə

Gecə toqquşmaları 12 can aldı – Türkiyə/Video

Dekan rüşvət verməyən tələbə qızı təhqir etdi - Bakıda

Lənkəranda polisi öldürənlər tutuldu

Pulsuz dövlət xəstəxanalarında müayinə neçəyədir? – Qiymətlər

“Ata, zəng etdim ki, milyon qazandığımı deyəm” - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla