Yuxarı

Fövqəladə Hallar naziri İrana gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov martın 14-ü Tehrana iki günlük rəsmi səfər edəcək.

İranın Azərbaycandakı səfirliyinin mətbuat şöbəsindən verilən məlumata görə, Bakıda səfərdə olan İran İslam Respublikası Xarici İşlər nazirinin müavini İbrahim Rəhimpur K.Heydərovla görüşdə bu səfərin iki ölkənin qardaş xalqlarının münasibətlərinə müsbət təsir edəcəyini vurğulayıb.

İ.Rəhimpur həmçinin iki ölkə arasında iqtisadi münasibətlərin inkişafının əhəmmiyyətini qeyd edib: "İran və Azərbaycan hərtərəfli münasibətlərin inkişafı üçün bütün potensiallardan və fürsətlərdən faydalanmalıdırlar".

K.Heydərov iki ölkə rəsmilərinin qarşılıqlı münasibətlərin gücləndirilməsi üçün ciddi iradələrini xatırladaraq deyib ki, Azərbaycan və İran yeni əməkdaşlıq sahələri yaratmalı və qarşılıqlı olaraq iqtisadi fürsətləri tanımalıdırlar.

O, əlavə edib ki, iki ölkə təbii fəlakətlərə nəzarət etmək sahəsində qarşılıqlı olaraq bir-birinin təcrübəsindən faydalana bilərlər.

Tarix
2014.03.13 / 16:33
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

Milli Məclisin növbəti iclası başladı

Bakı ilə yaxınlıqdan hədsiz sevinə bilmirik...

İran 18 milyon azərbaycanlını sıxışdırır - ABŞ

Beyin mərkəzlərinin nümayəndələri yenidən Bakıda…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla