Yuxarı

Ortodoks yəhudilərə də əsgərlik məcburi oldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail parlamenti İsraildə olan təxminən 300 min ortodoks yəhudini narahat edən bir qərar çıxararaq ortodoks yəhudiləri üçün əsgərliyi məcburi edib.

"Axar.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İsrail parlamentində 65 lehinə, 1 əleyhinə səslə qəbul edilən qanuna həddindən artıq sağçı olan "Yəhudi Evi" qrupu şiddətlə qarşı çıxırdı. Qrup keçən il də gündəmə gələn ortodoks yəhudilərə əsgərliyin məcburi edilməsi qanununa sərt şəkildə qarşı çıxmış və parlamentə hücum edərək qanunun səsverməyə qoyulmasına icazə verməmişdi. "Yəhudi Evi" qrupu bu il qanunla əlaqədar keçiriləcək səsvermədə iştirak etməyəcəklərini açıqlamışdı.

İsrail parlamentində cəmi 120 millət vəkili var. Səsvermədə qanunun əleyhinə verilən səsin sahibinin də "Yəhudi Evi" qrupuna üzv olduğu bildirilib. Yeni qanuna görə İsraildə ortodoks yəhudilərə əsgərlik məcburi olacaq. Əsgərlikdən boyun qaçıranlar isə məcburi ictimai işlərdə işlədiləcəklər.

İsraildə kişilər 3 il, qadınlar isə 2 il əsgərlik etmək məcburiyyətindədirlər. Ortodoks yəhudilər isə indiyə qədər bundan azad idilər.

Təxminən 300 min ortodoks yəhudi bu qanuna etiraz olaraq aksiya keçirib.

Tarix
2014.03.13 / 15:45
Müəllif
Nilufər Muğantürk
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla