Yuxarı

Nazirlik qapısında yatan anayla bağlı açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir sıra KİV-lərdə yaşlı qadın Mirjoyeva Ayşat İsayevnanın Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qəbul olunmaq üçün guya iki gün gözləməsi və qəbul olunmaması barədə qeyd olunanlar həqiqətə uyğun deyildir və nazirliyə qarşı böhtan xarakteri daşıyır".

Bu sözləri "Axar.az"a ƏƏSMN-nin mətbuat xidmətinin rəhbəri Elman Babayev Ayşat Mirjoyeva adlı yaşlı qadının iki gün nazirliyin qapısında qalması ilə bağlı xəbərə münasibət bildirərkən deyib.

O, əlavə edir ki, sözügedən xanım milliyyətcə osetindir və Bakıda Azərbaycan vətəndaşı ilə nikah olmadan yaşayır: ""Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin şifahi məlumatında bildirilir ki, Azərbaycan vətəndaşı olmayan A.İ. Mirjoyeva milliyyətcə osetindir və əvvəllər Şimali Osetiyada yaşayıb, 2002-ci ildə Bakı şəhərinə gəlib. Burada Azərbaycan vətəndaşı ilə nikah olmadan yaşayıb. 2013-cü ilin sentyabrında həmin şəxs vəfat etdikdən sonra A.İ.Mirjoyeva yaşayış yeri olmadığından BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı Nümayəndəliyinə müraciət edib və "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin sığınacağında məskunlaşıb. 11 mart 2014-cü il tarixdə "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin əməkdaşları tərəfindən M.A. İsayevna kimi təqdim edilən, lakin üzərində şəxsiyyətini təsdiq edən heç bir sənəd olmayan qadın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan hər hansı sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün Nazirliyə gətirilib. Qanunvericiliyə uyğun olaraq həmin qadının şəxsiyyətini təsdiq edən sənədlər istənilib və adıgedən İctimai Birliyin əməkdaşları qadını nazirliyin foyesində tək qoyaraq, həmin sənədləri gətirmək üçün gediblər. Lakin günün sonuna kimi sənədlər təqdim olunmayıb. A.İ.Mirjoyevanın gedəcək yeri olmadığı üçün sənədləri gətirilib təqdim olunana qədər onun nazirliyin Müharibə və əmək əlilləri pansionatına (Qocalar evi) müvəqqəti olaraq yerləşdirilib. Bu gün artıq martın 13-ü olmasına baxmayaraq, hələ də "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyinin əməkdaşları tərəfindən M.A.İsayevnaya dair sənədlər nazirliyə təqdim olunmayıb. Qeyd olunanlar onu göstərir ki, "Azərbaycan Miqrasiya Mərkəzi" İctimai Birliyi A.İ.Mirjoyevanın ƏƏSMN-nin tabeliyində sosial xidmət müəssisəsinə yerləşdirilməsi üçün heç bir rəsmiləşdirmə prosedurları həyata keçirmədən onu faktiki olaraq sığınacaqdan məhrum ediblər".

Tarix
2014.03.13 / 15:28
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla