Yuxarı

Cəbhə xəttində insident: Mülki vətəndaşlara atəş açıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər Ağdamın cəbhə kəndində qəbiristanlığa dəfn mərasiminə gedən dinc sakinləri atəşə tutublar.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə təmas xəttində yerləşən Mirəşelli kənd sakinləri məlumat veriblər.

Mirəşelli kəndinin də daxil olduğu Əhmədağalı Bələdiyyəsinin sədri Habil Abbasov bildirib ki, ötən gün dünyasını dəyişən kənd sakini Quliyev Novruz Əli oğlunun dəfn mərasimi zamanı düşmən hərbçiləri adamlara atəş açıblar. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb. Bir müddət daldalanmağa məcbur olan sakinlər mərhumu torpağa tapşıra biliblər.

Hər il Novruz bayramı ərəfəsində yaxınlarının və doğmalarının məzarının bayramqabağı ziyarətə gedən sakinlər düşmən tərəfindən atəşə tutulur.

Onu da əlavə edək ki, rayonun işğal altında olan ərazilərindən 200-250 addım uzaqlıqda olan qəbiristanlığın əvvəlki illərdə atəşə tutulması nəticəsində ziyarətə və dəfnə gələn dinc sakinlər arasında güllə yarası alan və həyatını itirənlər olub.

Tarix
2014.03.13 / 15:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla