Yuxarı

“FİFA prezidenti oğrudur”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin yayında Braziliyada keçiriləcək futbol üzrə Dünya Çempionatı ilə bağlı qalmaqallar səngimək bilmir.

"Axar.az" xəbər verir ki, braziliyalı əfsanəvi futbolçu Romario FİFA-ya prezidenti Zepp Blatter və baş katibi Cerom Valkeyə qarşı sərt ittihamlarla çıxış edib.

Dünya Çempionatı ilə bağlı səsləndirilən tənqidlərə əsəbləşən Romario, "Bu şəxs (Valke) Braziliyada keçiriləcək Dünya Çempionatının FİFA tarixində ən pis turnir olacağını söyləyirdi. O, idman dünyasındakı ən saxtakar adamlardan biridir" deyib.

Əfsanəvi futbolçu FİFA prezidenti Zepp Blatter haqqında isə olduqca ağır ittihamlar səsləndirib: "Valke qovuldu və sonra FİFA prezidentini şantaj etdi. FİFA prezidenti də oğrudur. Bu iki nəfər Dünya Çempionatından sonra varlanacaq. Bunlarla yanaşı bizim hökumət, prezident və katiblər də varlanacaq".

Qeyd edək ki, Romario Dünya Çempionatı ilə bağlı FİFA-da rüşvət qalmaqalları baş verdiyini iddia edir.

Tarix
2014.03.13 / 14:37
Müəllif
Anar Əhmədov
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla