Yuxarı

“Son pulları da telekanallara veriləcək” – MTRŞ sədri

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Televiziya və Radio Şurası (MTRŞ) teleserialların çəkilişi üçün Azərbaycan telekanallarına növbəti dəfə maliyyə vəsaitinin ayrılması məsələsinə aydınlıq gətirib.

MTRŞ sədri Nuşirəvan Məhərrəmli açıqlamasında növbəti dəfə maliyyə vəsaitinin ayrılması ilə bağlı konkret qərarın olmadığını bildirib: "Bu barədə mən hər hansı bir şey deyə bilmərəm. Biz əvvəl ayrılan maliyyə vəsaitlərinin son mərhələsindəyik. Artıq onları da telekanallara ayıracağıq və bununla da yekunlaşacaq".

Azərbaycanda rəqəmsal yayıma keçid ilə bağlı məsələyə gəlincə isə, N.Məhərrəmli ölkə ərazisinin tam şəkildə rəqəmsal yayımla əhatə olunduğunu bildirib: "Ancaq hələlik analoq yayım da rəqəmsal yayımla paralel davam etdirilir, çünki əhali rəqəmsal yayıma tam hazır deyil".

Azərbaycanda teleradio akademiyasının yaradılmasına münasibət bildirən N.Məhərrəmli bu məsələnin hələ gündəmdə olmadığını qeyd edib: "Azərbaycanda təhsil sistemi var və təhsil sisteminə uyğun olaraq ali təhsil müəssisələrində televiziya və radio sahəsində mütəxəssislər hazırlanır. Yəni hələlik bu var və əgər gələcəkdə yeniləri yaranarsa, onların necə olacağı barədə düşünmək lazımdır" ("Trend").

Tarix
2014.03.13 / 12:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla