Yuxarı

Sabir Rüstəmxanlı Hacıbala Abutalıbova müraciət etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyası və Dünya Azərbaycanlıları Konqresi Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyinin qarşısında etiraz aksiyası keçiriləcək.

Bu barədə "Axar.az"a Vətəndaş Həmrəyliyi Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli məlumat verib. Onun sözlərinə görə, piketin keçirilməsində məqsəd Ukraynanın daxili işlərinə qarışan və ərazi bütövlüyünü təhdid edən Rusiyanın hərbi-siyasi müdaxiləsinə etiraz etməkdir:

"Piket Krım tatarlarına dəstək vermək məqsədilə təşkil ediləcəkdir. Aksiyada Rusiyanın Krıma müdaxiləsini, Ukraynanın ərazi bütövlüyünün pozulmasına yönəlik cəhdlərini pisləyən, Ukrayna xalqına və Krım tatarlarına dəstək xarakteri daşıyan şüarlar səsləndiriləcək".

Samir Əsədli onu da bildirib ki, piketin keçirilməsi üçün BŞİH başçısına müraciət olunub:

"Piketlə bağlı mart ayının 12-də qanuna müvafiq olaraq VHP sədri Sabir Rüstəmxanlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova məktubla müraciət edib. Müraciətdə piketin 17 mart tarixində, saat 15:00-da keçiriləcəyi ilə bağlı meriya məlumatlandırılır".

Tarix
2014.03.13 / 12:30
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla