Yuxarı

Sabiq prezident intihar etdi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin "Göztepe" klubunun sabiq prezidenti Bülent Özkul intihar edib.

"Axar.az" xəbər verir ki, depressiyaya düşən 55 yaşlı keçmiş prezident özünü evinin pəncərəsindən atıb.

Ağır yaralanan Özkul həkimlərin bütün səylərinə rəğmən həyatda qala bilməyib. İddialara görə, klub rəhbərinin ailə problemləri var imiş və bir müddətdi psixoloji müalicə alırmış.

Qeyd edək ki, atası Zeki Özkulun 1967-ci ildə qurduğu "Özkul Tekstil"i Türkiyənin ən parlaq markalarından birinə çevirilən Bülent Özkul 2001-ci ildə maliyyə böhranından qurtula bilməyib və iflas edib. Bir müddət İstanbulda yaşayan şirkət rəhbəri sonradan İzmirə köçərək sadə həyat yaşamağa başlayıb. O, müsahibələrindən birində bu sözləri demişdi: "Bir vaxtlar lüks avtomobillərim var idi. İndi avtobus kartım var və buna görə çox xoşbəxtəm".

2012-ci ildə "uşaqlıq sevgim" dediyi Seher Özkulla evlənən Bülent Özkulun bir müddət əvvəl yaxın dostlarından birinə "məni həyata bağlayan 2 faizlik bir bağ qalıb" dediyi iddia olunur. Onun həmçinin intihardan əvvəl İstanbulda yaşayan qızına mesaj yazaraq "haqqını halal et" dediyi də bildirilir.

Tarix
2014.03.13 / 09:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla