Yuxarı

Çempionlar Liqası: Daha iki klub növbəti mərhələdə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunları davam etdirilib. İkinci oyun günündə iki qarşılaşma baş tutub.

"Barselona" "Mançester Siti"ni qəbul edib. Mançesterdə baş tutan ilk oyunda 2:0 hesablı qələbə qazanan "Barselona" "Nou Kamp"da da rəqibinə şans verməyib - 2:1. Hesabı 67-ci dəqiqədə Lionel Messi açıb. 78-ci dəqiqədə Pablo Zabaleta ikinci sarı vərəqəni alaraq "Mançester Siti"ni azlıqda qoyub. Say azlığına baxmayaraq İngiltərə klubu 89-cu dəqiqədə Vinsent Kompaninin qolu ilə bərabərliyi təmin edib. Lakin Dani Alveş 2 dəqiqə sonra "Barselona"nın qələbə qolunu vurub.

Günün digər oyununda isə PSJ "Bayer"i qəbul edib. Leverkuzendə keçirilən ilk oyunda 4:0 hesablı qələbə qazanan Paris klubu "Park de Prins" stadionunda da rəqibini sevindirməyib - 2:1. Hesabı 1-cı dəqiqədə qonaqlardan Sidney Sam açıb. Cəmi 7 dəqiqə sonra Markinyos bərabərliyi təmin edib. 63-cü dəqiqədə Lavezzi PSJ-nin qələbə qoluna imza atıb. 68-ci dəqiqədə Emre Can ikinci sarı vərəqəni alaraq "Bayer"i azlıqda qoyub.

Tarix
2014.03.13 / 09:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla