Yuxarı

GUAM Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-a üzv dövlətlər Ukraynanın suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiklərini bildiriblər.

"Axar.az" APA-ya istinadən xəbər verir ki, bu barədə GUAM-ın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, GUAM-in martın 11-12-də keçirilən Milli Əlaqələndiricilər Şurasının (MƏŞ) iclasında Azərbaycan XİN nümayəndəsi, Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba, Moldovanın xarici işər və Avropaya inteqrasiya üzrə müavini Valeri Kiver (iclasa sədrlik edib), Ukraynanın nümayəndəsi və GUAM-ın Baş Katibi Valeri Çiçelaşvili iştirak edib.

MƏŞ-in iclası GUAM-a üzv ölkələrin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü qeyd-şərtsiz dəstəklədiyini təsdiq edib. MƏŞ təsdiq edib ki, GUAM ərazisindəki bütün münaqişələr 23 may 2006-cı il münaqişələri ilə bağlı Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın dövlət başçılarının birgə bəyannaməsində müəyyən edilmiş prinsipləri əsasında həll edilməlidir.

Tədbirdə təsdiq edilib ki, GUAM-a üzv dövlətlər bundan sonra da suverenliyə, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət etməyi təkid edəcək və Krım Muxtar Respublikasının statusu haqqında referendum yalnız beynəlxalq sülh və təhlükəsizliyin qorunması prinsiplərinə əsasən Ukrayna Konstitusiyasına uyğun keçirilə bilər.MƏŞ qeyd edib ki, GUAM-a üzv dövlətlər Ukraynadakı vəziyyətə dair və regionda sülh və təhlükəsizlik üçün mümkün nəticələr barədə məsləhətləşmələri davam etdirəcək.

İclas iştirakçıları GUAM formatında siyasi əməkdaşlıq və BMT qətnamə layihəsinin davam etdirilməsi, həlli uzadılmış münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişaf üçün nəticələrini, eyni zamanda dövlət və beynəlxalq təşkilatlarla əməkdaşlıq məsələlərini də müzakirə ediblər. Tədbirdə GUAM PA komitələrinin keçirlməsi imkanlarına baxılıb və tədbirlərin 2 dekabr 2013-cü il GUAM PA komitələrinin birgə iclasında Tiflisdə qəbul olunan qərarlara uyğun keçirilməsi tövsiyə edilib.

Xatırladaq ki, GUAM 1997-ci ildə Strasburqda keçirilən Avropa İttifaqının sammitində postsovet ölkələri tərəfindən yaradılıb. 1999-cu ildə bu formata Özbəkistan da qoşulub, lakin dörd ildən sonra onu tərk edib. 2006-cı ildə bu format Kiyevdə keçirdiyi ilk sammitdə yeni ad və beynəlxalq təşkilat kimi, GUAM – Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat elan etmək qərarı qəbul edilib.

Tarix
2014.03.13 / 01:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla