Yuxarı

Azərbaycanlı üçəmlər İranda girov saxlanılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanlı ailə İran İslam Respublikasının Rəşt şəhərindəki məşhur Beynəlxalq Həzrəti Qaim Xəstəxanasında "girov" saxlanılır.

Bu barədə xəbəri ailənin yaxınları verib.

Günay Həsənova ailə qurduqdan 17 il sonra ana olub. 17 il ana olmaq arzusuyla Azərbaycanda müxtəlif xəstəxanaların qapısını döysə də, istəyinə nail olmayıb. Həzrəti Qaim Xəstəxanasında müalicə aldıqdan sonra ana olan Günay Həsənovanın xəstəxanaya xeyli borcu qalıb. O, kömək üçün Azərbaycanın İrandakı səfirliyinə dəfələrlə müraciət etsə də, eyni cavabı alıb: "Pulumuz yoxdur, sənə kömək edə bilmərik".

Səfirlikdən kömək olmayacağını görən G.Həsənova SəhərTV-yə müraciət edib. Telekanal isə kömək üçün İmam Xumeyni adına İmdad Komitəsinə müraciət edib.

Xarici ölkədə xarici təşkilatdan imdad gözləyən Günay Həsənova təkcə maddi imkansızlığın deyil, daşürəkli adamların məsuliyyətsizliyinin də əzabını çəkir. 17 ildən sonra ana olan bu xanım üzləşdiyi çətinliklər ucbatından analıq sevincini də doyunca yaşaya bilmir.

Xarici ölkənin səhiyyəsindən yararlanan G.Həsənova dünyaya üç Azərbaycan vətəndaşı gətirib. Ən azından buna görə, bu xanıma yardım etməyə tələsək! ("İnterpress.az")

Tarix
2014.03.12 / 23:34
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla