Yuxarı

“Onu məhv edən də məhz qadın lətafətidir”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Henrix İohann İbsen

Per Günt – eyni zamanda həm obrazdır, həm simvol. Real insan və yarıməfsanəvi personaj. Daha dəqiqi – yarıməfsanəvi mühitə düşmüş real insan. Trolların (skandinav əsatirində: div, cin, qulyabanı və s. – tərc.) yeraltı səltənəti, Dağ kralı (Dovr Baba), onun Perin birgecəlik arvadı olan və hətta ona bədheybət oğul doğan qızı, kadrarxasındakı Böyük Əyri, şeytanlar və digər əcinnələr – onların hamısı "keçid" epizodlarda iştirak edirlər. Amma elə iştirak edirlər ki, İbsenin məşhur dramı üçün ümumi fon və təkrarolunmaz kolorit yaradırlar.

Per Güntün özü də folklordangəlmə personajdır, norveç xalq nağıllarının qəhrəmanıdır. İbsen onu gerçək bir şəxsiyyətə çevirib, Edvard Qriq (Norveç bəstəkarı, pianoçu, drijor – tərc.) isə müsiqidə əbədiləşdirib. Əlbəttə, iki böyük norveçli sayəsində bütün dünyada məşhur olan adi kəndli oğlan – hər şeydən əvvəl ağlasığmaz dərəcədə xəyalpərəst, avara və abırsız olan Per – Vaska Buslayev (Novqorod bılinasının qəhrəmanı – tərc.) və Fanfan-Tülpanın (fransız filminin qəhrəmanı – tərc.) skandinav üsulu ilə yaradılmış xəlitəsidir.

Belə hallarda deyildiyi kimi, o bir qadının da yanından laqeyd ötüb keçə bilmir. Həm də nəinki ötüb keçmir, hələ bir ətəyinin altına göz yetirməyə də can atır...

Ona inanan neçə məsum qəlbi tovlayıb aldatmışdı? Bunu, yəqin ki, Perin özü də dəqiq bilmir. Hətta bir dəfə gəlini düz bəyin yanından götürüb qaçırtmışdı. Həmin o İnqridi ki, Qriqin musiqisində belə həzin-həzin, qəmgin-qəmgin ağlayır. Ona görə ağlayır ki, Per onu sadəcə nişanlısının burnunun ucundan götürüb qaçıraraq bakirəlikdən məhrum etməmiş, həm də növbəti tovlatmanın qurbanı olan qızı dağlarda tək buraxmışdı. Kənd donjuanı başqaları ilə də eynilə bu cür davranmışdı. Yalnız bir nəfərdən – ölməz Solveyqdən, Əbədi Lətafətin və Əbədi Sədaqətin mücəssəməsindən başqa. Bunu isə bütün kişilər xəyal edirlər.

Sənin ilk harayını mənə Helqa çatdırdı;

Sonra onu mənə təkrarlamağa başladılar

Həm sükunət, həm külək; o mənə səsləndi

Ananın nağıllarında və o nağılların

Gətirdiyi şirin Arzularda;

Həm gündüz, həm gecə o qulaqlarımda səslənirdi

Və mən gəlməyə bilmədim,

Yaxşı ki, gəldim o gün yanına

Yaxşı ki, yaşatdın o anları mənə

Sönmüşdü...

Bütün həyat orda mənimçün; Mən orda

Nə ürəkdən ağlağa bilirdim, nə gülə.

Bilmirdim, sənin ağlında nə var,

Amma bilirdim ki, mən nə etməliyəm.

(sətri tərcümə)

Solveyq heç nəyə baxmadan sevməyə və öz sevgilisini gözləməyə razıdır. Belə də olur: Per Günt vicdan əzabı və peşmanlıq yanğısı ilə yalnız arzuların əli çatacağı qızı (elə İbsenin sayəsində o, məhz belə bir arzunun rəmzinə çevrilir) tərk edir. O, qızın yanına təmiz, pak qayıtmaq istəyir. Belə də olur. Amma bir neçə onilliklər sonra. Əldən düşmüş qoca gözləri tutulmuş Solveyqin yanına qayıdır ki, onun dizlərinə qapanıb yuxuya dalsın. Əbədi Məhəbbətin iki əsirinin son görüş səhnəsi dünya dramaturgiyasında təkrarolunmaz, gözəl səhnələrdən biridir:

Solveyq:

Sən mənim həyatımı möcüzəli nəğməyə çevirdin,

İlk görüşü və Ruhlar günündəki

Bu təsadüfümüzü uğurlayıram.

Per Günt:

"..." Bir de görüm!

Mən "özüm" kimi harda olmuşam – necə

Yaradılmışamsa, o cür – bütövlüyümlə,

Alnımda Allahın möhürü ilə?

Solveyq:

Məmin ümidimdə, inamımda və məhəbbətimdə!

Per Günt:

Ah, sən nə deyirsən! Sus! Müəmma

Cavabın lap özündədir! Yoxsa... sən özün

Haqqında danışdığın kəsin anasısan!

Solveyq:

Mən anasıyam,

Bəs atası kimdir? Ananın xahişi ilə bağışlayan

Adam deyil ki?

Per Günt:

Ah, anam mənim!

Övrətim mənim! Qadınların ən pakı!

Nə olar mənə sığınacaq ver, qoru məni!

(Ona möhkəm-möhkəm qısılır və üzünü onun dizlərində gizlədir)

Uzun sürən sükut. Günəş doğur.

Solveyq müəllifin arzusuna görə, İsanın anası Məryəmlə birləşərək (dahiyanə rəmzi tapıntıdır!) özünün məşhur nəğməsini oxuyur. Elə bu nəğmə ilə də sevgilisi dizlərində uyumuş halda əbədiyyətə qovuşur. Əgər dramda yalnız bircə xətt – Per Günt və Solveyq xətti olsaydı belə o, onsuz da ən böyük aşiq cütlüyünün ilk onluğunda qalacaqdı. Ancaq İbsenin yaradıcılıq məhsulu çoxplanlıdır. O – xalq həyatının əsl orijinal ensiklopediyasıdır.

Per Günt obrazının çoxlu interpretasiyası (dramatik rolun artist tərəfindən özü başa düşdüyü kimi yaradıcı surətdə ifa edilməsi – tərc.) mövcuddur. Onların hamısının müəyyən dərəcədə yaşamağa haqqı var. Çünki rəmzi-simvolik əsər həmişə çoxmənalı səciyyə daşıyıb və belə bir haqqı obrazı yaradan hər bir aktyora verir. Təki ən başlıca məqamı – həm dramın özünün, həm də onun mərkəzi ideyasının həddindən artıq nikbin, həyatverici gücünü nəzərdən qaçırmasın: Həqiqət Yalana qalib gəlir. Hər şeyə rəğmən qələbə qazanır. Qadın lətafətinin xilasedici gücü və hədsiz enerjisi sayəsində zəfər çalır. Bu lətafət Peri məhv edir, amma onu xilas edən də məhz qadınlıqdır. Bunu, hətta Per Güntü döğru, təmiz yoldan sarpdırmağa cəhd edən Böyük Əyri də etiraf edir:

Yox, onunla bacarmaq olmur!

Qadınlar ona istinadgah olub!

Per Günt təmizlənmə və daxilən yenidən yaranma yolunu özü seçmişdir. Seçilmiş məqsədə nail olmaq isə asan deyildir. Tale ona hələ nə qədər iztirab dolu sınaqlar göndərəcək. O, ölümün astanasında belə olacaq. Bütün bunların hamısını isə lap əvvəlcədən görürdü, ancaq geri çəkilmirdi:

Peşmançılıqmı? Bəlkə də illər lazımdır,

Mən onunla irəliyə yol açanadək. Xoş deyil

Belə həyat yaşamaq. Qırmaq, dağıtmaq

Bu qədər əziz, pak və gözəl olanı.

Və yenidən parça və qırıqlardanmı düzəltmək?

Per Günt – sözün vulqar, kobud mənasında yalançı deyil. O – xəyalpərəst və həqiqət axtarıcısıdır. Onun zəngin təxəyyülü var, o qədər zəngin ki, olduqça yeknəsək və bəzən dəhşətli dərəcədə cansıxıcı gerçəkliyi bir qayda olaraq, bəzən hətta iki dəfə qabaqlyır. Gənc – kişi – qoca: o, uğursuz həyatının bütün dövrlərində sanki ondan ilhamlanaraq vəcdə gəlirdi. O, əzab çəkir, iztirab çəkir, ancaq ilkin instinktlərinin və özünütəsdiq hərisliyinin əlində aciz qalır.

İki qara qartal havada süzür.

Qazlar cənuba çəkilirlər,

Bəs mən niyə burda oturub qalmışam,

Dizə qədər palşığa batmışam?

Onlarla uçmaq! Və soyuq

Küləyin dalğalarında bütün çirkabımı

Yuyub-təmizləmək istədim

Tutqun şəffaf kupeldə (xaç suyuna salmaq üçün böyük qab, çən – tərc.).

Bütün dəliqanlılardan daha yaraşıqlı olmaq

Dağların üstündə uçmaq istəyirəm.

Cismimi və ruhumu təmizləmək üçün

Dənizin üzərində dövrə vurub uçmaq,

İngilis prinslərinin özündən də daha yüksəkdə olmaq!..

Per Günt - daima axtarışdadır! O, özünü axtarır – özündə, qadınlarda, digər insanlarda, dünyada – gerçək və uydurulmuş, real və fantasmaqorik (xəstə adamın gözünə görünən və ya xəyalına gələn qəribə şeylər; qarabasma – tərc.) aləmdə özünü axtarır. Qəribə axtarışları üçün ona bütöv bir ömür açıqcasına bəhs etmir. Ancaq hər-halda o, axtardığını tapır. Doğru olanı! Həqiqəti!

Ю.А.Абрамов, М.Н.Демин. 100 Великих книг.

Москва, Вече, 1999. стр.340-344

Tərcümə etdi: Təhminə

Tarix
2014.03.12 / 22:48
Müəllif
Təhminə
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla