Yuxarı

İki ayın dəhşətli statistikası: 147 ölü, 323 yaralı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ilin yanvar-fevral ayları ərzində respublika üzrə 336 yol qəzası baş verib. Nəticədə 147 nəfər ölüb, 323 nəfər yaralanıb.

Bunlardan fevral ayı ərzində ölkədə 159 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 59 nəfər ölüb, 150 nəfər yaralanıb.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, iki ay ərzində baş verən yol qəzalarının 122-si, ölənlərin 38 nəfəri, yaralananların isə 115 nəfəri paytaxt Bakının payına düşür.

Şöbə rəisinin sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 ay ərzində qəzaların sayı 114 (25,3%), ölənlərin sayı 13 (8,1%), yaralananların sayı isə 162 (33,4%) fakt azalıb.

O, qeyd edib ki, yol-nəqliyyat hadisələri zamanı 5 azyaşlı ölüb, 19 uşaq isə yaralanıb. Onlardan ölənlərin 1 nəfəri, yaralananların isə 14 nəfəri piyada qismində olan azyaşlılar, ölənlərin 3-ü, yaralananların 5-i isə sərnişin qismində olan azyaşlılar olub. Bir nəfər 7-16 yaş arası uşaq isə sürücü qismində hadisə törədib və həlak olub.

K.Əliyev həmçinin bildirib ki, bu ilin ilk 2 ayı ərzində baş verən hadisələrin 151-i piyadaların vurulması ilə bağlıdır. Nəticədə 60 nəfər ölüb, 107 nəfər yaralanıb.

Sürət həddinin aşılması nəticəsində 99 hadisə baş verib, nəticədə 54 nəfər ölüb, 77 nəfər yaralanıb.

Ötmə və qarşı hərəkət zolağına çıxma nəticəsində 104 hadisə baş verib, nəticədə 41 nəfər ölüb, 129 nəfər yaralanıb.

Yolayrıcını keçmə qaydalarının pozulması nəticəsində 20 hadisə baş verib, nəticədə 2 nəfər ölüb, 22 nəfər yaralanıb.

Sərxoş sürücülər tərəfindən 8 hadisə törədilib, nəticədə 3 nəfər ölüb, 8 nəfər yaralanıb.

Avtobus sürücülərinin iştirakı ilə 12 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 9 nəfər ölüb, 11 nəfər yaralanıb.

Yük avtomobillərinin sürücüləri tərəfindən 23 hadisə törədilib, nəticədə 12 nəfər ölüb, 19 nəfər yaralanıb. (Trend)

Tarix
2014.03.12 / 22:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı İrəvanı ağıllandırır: simvolik günlərdən biri də silinir

Japarovun rəsmi qarşılanma mərasimi...

Misirdən Bakı və İrəvan razılşmasına reaksiya

DAK-ın qurultayı Albaniyada keçirilə bilər

Japarov Azərbaycana gəldi

Əliyev Makrona mesaj göndərdi ki... - Badalyan

Gürcüstandan Ermənistana döyüş texnikası daşınır - Video

Kiyev Bakıya baxmalı və başına döyməlidir - Arestoviç

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla