Yuxarı

ABŞ yığması Azərbaycana gələ bilər

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Eşitdiyimə görə, "Barselona" futzalda elə də güclü deyil. "Kayrat" və "Dinamo" ispan klubundan güclü olmalıdır. "Araz" çox yaxşı komandadır. İnanıram ki, "Barselona" səddini keçəcək".

Bu sözləri Azərbaycan millisinin baş məşqçisi Berti Foqts deyib.

Bu gün "Hilton" otelində keçirilən UEFA Futzal Kubokunun "Dördlər finalı"nın püşkatma mərasiminə futbol üzrə 67 yaşlı almaniyalı mütəxəssis də iştirak edib. "Araz"ın rəqibi "Barselona"nın münasib rəqib olduğunu ifadə edən Foqts millimizin mayın 27-də ABŞ yığması ilə keçirəcəyi yoldaşlıq matçından da söz açıb.

Əcnəbi çalışdırıcı bildirib ki, bu görüş komandamız üçün faydalı olacaq: "Dostlar arasında belə məsələlər olur. Biz ABŞ tərəfi və AFFA ilə söhbət etdik, onlar da razılıq verdilər. Düşünürəm ki, möhtəşəm bir oyun olacaq. Düzdür, məsafə uzaqdır, 12 saatlıq uçuşdur. Lakin komandamız, gənc futbolçularımız üçün önəmli oyun olacaq. Azərbaycan kuboklunun finalında iştirak edəcək klubların futbolçuları həlledici matçdan sonra yığmaya qoşulacaqlar. Digərləri ABŞ-a bir qədər tez gedəcəklər. İyunun 2-də isə geri qayıdacağıq. Gələcəkdə, növbəti 3-4 ildə ABŞ yığması da yoldaşlıq matçı keçirtmək üçün Azərbaycana gələ bilər. Ancaq iki ölkənin federasiyaları arasında danışıq olub-olmadığını bilmirəm".

Qeyd edək ki, ABŞ – Azərbaycan görüşü San-Fransisko şəhərindəki "Kandlstik Park" stadionunda keçiriləcək. ("Apasport.az")

Tarix
2014.03.12 / 19:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla