Yuxarı

Ukraynadan sonra hədəfdə Qafqazdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Krımdan sonra ikinci Ukrayna Cənubi Qafqazda yaranacaq".

Bu sözləri "Axar.az"a açıqlamasında politoloq Ərəstun Oruclu deyib.

O, Azərbaycanın Krımla bağlı bəyanat yaymaqdan çəkindiyini deyib:

"Azərbaycan Krımla bağlı bəyanat yaymaqdan çəkinir. Buna səbəb isə Rusiyadır. Biz ona görə Rusiyanın loyallığına nail ola bilməyəcəyik. Rusiya artıq bizə edəcəyini edib. Azərbaycanın bu cür çəkingənliyi təəssüf hissi doğurur. Rusiya bizə eyni problemə - Qarabağa görə heç bir güzəştə getməyəcək. Yəni bütün separatçı qüvvələrin müstəqilliyini tanıyıb, Azərbaycandan imtina etməyəcək. Hər kəs bilir ki, Rusiyanın üzü çox soyuqdur və siyasəti də qanlıdır. Moskva göz yaşlarına inanmır. Krımdan sonra "İkinci UkraynaⅦ Cənubi Qafqazda yaranacaq. Rusiya Ukraynadan sonra bizə təzyiqini gücləndirəcək. Ukraynada üstünlük əldə edib-etməməsindən asılı olmayaraq, bu təsir mütləq olacaq".

Qeyd edək ki, dünən Krım Parlamenti müstəqillik haqqında deklarasiya qəbul edib. Azərbaycan isə hələ də Ukraynadakı hadisələrlə bağlı rəsmi mövqe bildirməyib.

Tarix
2014.03.12 / 18:52
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Prezidentlər Ağdamda məktəbin təməlqoyma mərasimində...

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla