Yuxarı

Salyanlı avtoriteti öldürən qatillər tapıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş prokurorluq Aydın Xəlilovun qatillərinin tapılması ilə bağlı xəbər yayıb.

"Axar.az" xəbər verir ki, KXCP-nin Salyan rayon təşkilatının üzvü Aydın Xəlilovu qətlə yetirənlər məlum olub.

Məlumata görə, istintaq adı çəkilən şəxsin Salyan rayon sakini Şahin Niftiyev tərəfindən öldürüldüyünü müəyyən edib: "İstintaq araşdırmaları göstərib ki, o, qardaşı Azər Niftiyevin 2007-ci ildə Rusiyanın Ufa şəhərində əvvəllər dəfələrlə məhkum olunmuş həmyerlisi Aydın Xəlilov tərəfindən qətlə yetirilməsi barədə məlumat əldə etdikdən sonra qisas almaq qərarına gəlib. Bu məqsədlə Şahin Niftiyev bu ilin fevralında qohumu Rauf Rəhimova 10.000 manat müqabilində Aydın Xəlilovun öldürülməsini təklif edib və əvvəlcədən 5 min 100 manat ödəyib. Rauf Rəhimov bu sifarişi icra etmək üçün tanışları Oqtay Zəkiyev, Təvəkkül Seyidov və Tacəddin Qafarovdan ibarət mütəşəkkil dəstə yaradaraq Yasamal rayonu ərazisindəki mağazalardan birindən 3 ədəd bıçaq alıb, "Mitsubishi-Pajero" markalı avtomobil kirayələyib. Təqribən 600-700 metr aralandıqdan sonra bıçaqla Aydın Xəlilova 34 zərbə vuraraq onu xüsusi amansızlıqla qətlə yetirib, meyitini yolun kənarına atıblar. Onlar bu barədə Şahin Niftiyevi məlumatlandıraraq pulun qalan hissəsini alıb bölüşdürüb və cinayətin izini itirmək məqsədilə avtomobilin salonunda olan qan izlərini yuduzduraraq təmizlətdiriblər".

Baş Prokurorluğun məlumatında deyilir ki, dəstənin üzvləri təqsirləndirilən şəxs qismində həbs olunublar.

Adları çəkilən şəxslərin ayrı-ayrı vaxtlarda mülkiyyət, həyat və sağlamlıq əleyhinə çoxsaylı ağır cinayətlər törətdiyi də bildirilir. Həmin şəxslər Bakının Ramana qəsəbəsinin sakini Çingiz Məmmədova, həyat yoldaşı və qızına zor tətbiq etməklə onlara məxsus 16 min manat pulu ələ keçirdikləri bildirilir.

Qeyd edək ki, Salyan rayonunun Qaraçala kənd sakini, KXCP-nin üzvü Aydın Xəlilov martın 4-də qətlə yetirilib. Onun meyiti Qaraçala kəndindən keçən avtomobilin yolunun kənarından tapılmışdı.

Tarix
2014.03.12 / 17:01
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Siyarto Bakıda: İclas başladı

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla