Siyarto Bakıda: İclas başladı
10:56
Ana səhifə İqtisadiyyat |
Ağ Evdə ABŞ prezidenti Barak Obamayla Ukrayna Baş naziri Arseni Yaçenyukun görüşündən əvvəl Rusiyaya qarşı mümkün iqtisadi sanksiyalar paketi məsələsi müzakirə edilir.
"Axar.az" xəbər verir ki, bu barədə "Nyu York Tayms" qəzeti məlumat yayıb.
Mənbələrin sözlərinə görə, Obama administrasiyası sanksiyaların köməyi ilə Rusiya iqtisadiyyatına ciddi zərbə vura biləcəyi qərarına gəlib. Ayrı-ayrı fiziki şəxslərin hesablarını dondurmaqla bərabər, administrasiya Rusiya banklarına qarşı sanksiyalar tətbiq edərək, ölkəni dollar sistemindən təcrid eləyə bilər.
Tarix
2014.03.12 / 16:19
|
Müəllif
Ülkər Cəfərova
|