Yuxarı

Müsəlmanlar İslam bankçılığına etibar etmir

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bəzi banklar hər şeyi öz əlində cəmləşdirmək istəyir, ona görə də hansısa bir şöbə açırlar".

Bunu "Axar.az"ın İslam bankçılığı ilə bağlı sualını cavablandıran ilahiyyatçı Elşad Miri bildirdi:

"Birinci növbədə Mərkəzi Bank və Milli Məclis tərəfindən müvafiq qanunvericilik hazırlanmalıdır və inanclı insanlar üçün şərait yaradılmalıdır. Çox təəssüf ki, bu gün bu məsələ ilə bağlı problemlər var. Bəzi banklar hər şeyi öz əlində cəmləşdirmək istəyir, ona görə də hansısa bir şöbə açırlar və adını "İslam bankçılığı" qoyur, bununla da işlərin bitdiyini düşünürlər. Amma dərk etmirlər ki, yığılan pullar bir bazaya yüklənir. Ona görə də müsəlmanlar bu cür bank sistemlərinə etibar etmirlər. Məhz bu səbəbdən də İslam bankçılığı ilə bağlı işlər hər hansı bir bankın şöbəsində aparılmamalıdır, bu sahə ilə məşğul olan xüsusi banklar yaradılmalıdır və İslam bankçılığında tələb olunan 3 sistem olan "Mudarrada", "Mühərraka", "Müşərrəda"nı özündə əks etdirməlidir. Hazırda bəzi bankların həyata keçirdiyi yalnız cari hesablardır. Çünki onlar İslam bankçılığına uyğun olaraq nə kredit verə bilirlər, nə də digər lazımi əməliyyatlar yerinə yetirə bilirlər".

İslam Bankçılığının inkişafında siyasi problemlər

İslam bankçılığı üzrə ekspert Ədalət Cəbiyev hesab edir ki, İslam bankçılığı daha çox iqtisadiyyatın inkişafına xidmət edir. Amma digər növ bankçılıq isə fərdi biznesin inkişafına əsaslanır: "İslam bankçılığı ilə bağlı proseslərin ləng getməsi ilk növbədə qanunvericilikdəki dəyişikliklərin sürətli aparılmaması ilə bağlıdır. Çünki bütün özəl banklar Mərkəzi Banka hesabat verir və buna görə də İslam bankçılığı ilə bağlı kiçik əməliyyatları, islami müqavilələri və s. çıxmaq şərti ilə digər işləri ölkənin baş bankının razılığı olmadan apara bilməzlər. Banklar təkcə Mərkəzi Bankdan deyil, həmçinin Maliyyə və Vergilər nazirliklərindən asılı vəziyyətdədir. Bu qurumlar müxtəlif kodekslərə müəyyən dəyişiklik etməlidirlər. Ölkəmizdə qanunvericiliyə dəyişiklik edilməsi prosesi də çox çətindir. Çünki bizim çox konservativ qanunvericiliyimiz var və bu dəyişikliyin edilməsi üçün bir neçə mərhələdən ibarət vaxt lazımdır".

Ekspert hesab edir ki, Avropa ölkələrindən fərqli olaraq, müsəlmanlar yaşayan dövlətlərdə bu İslam bankçılığının reallaşdırılmasında hər zaman problemlər olub: "Azərbaycan tipli ölkələrdə İslam bankçılığı ilə bağlı hər zaman problem yaranıb. Bu iqtisadi, sosial və hətta siyasi səbəblərlə əlaqədardır. Amma hesab edirəm ki, problemlərin həlli üçün müəyyən perspektivləri var. Hətta bu yaxınlarda İslam İnkişaf Bankından həmin məsələləri yoluna qoymaqla bağlı təklif gələndə bəzi məmurlar buna artıq İslam bankçılığına müsbət baxdıqlarını bildirmişdilər".

Ə. Cəbiyevin fikrincə, İslam bankçılığı insanların bank sektoruna inamını da artıracaq: "Hazırda banklarda kredit faizləri yüksəkdir və bu həm insanlar həm də ölkə üçün təhlükəlidir. Hesab edirəm ki, İslam bankçılığının inkişafı insanların ticarət fəaliyyətinin inkişafa etdirilməsinə müsbət təsir edəcək".

Xatırladaq ki, İslam bankçılığı sistemi ilk dəfə 1963-1966-cı illərdə misirli iqtisadçı alimlərin hazırladığı bank modeli əsasında elə həmin ölkədə tətbiq edilib. 2011-ci ilin statistikasına görə, bankçılığın bu tipinə görə aktivlərin ümumi həcmi 2011-ci il üzrə 1 trilyon ABŞ dolları məbləğində olub. Amma "halal" qida dövriyyəsinin 3 trilyon dolları keçdiyi deyilir.

Azərbaycanda islam bankçılığı barədə yeni qanun layihəsi 2014-cü ilin sonu-2015-ci ilin birinci yarısında parlamentin müzakirəsinə çıxarıla bilər.

Tarix
2014.03.12 / 15:59
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla