Yuxarı

Fətullah Gülənin Ağ Ev sərgüzəştləri

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir təbəssümünə bütün var-dövlətimi verərəm".

Bu sözlər Türkiyənin böyük iş adamı Akın İpəyə məxsusdur. O İpəyə ki, indi onun torpaq sahəsində Gülənə məxsus malikanənin tikildiyi bəlli olub. ABŞ-da Ağ Ev və onun həyətindəki hovuzun eyni olan malikanənin əzəmətini görəndə ilk anda adamın ağlına bu sual gəlir: din, Allah adına danışan, hər zaman ideallar və bu dünyanın keçərli olduğundan geniş bəhs edən bir adamın dünyəvilik əleyhinə danışdıqlarını dinlədikdən sonra belə bir dünyəvi malikanənin ortaya çıxmasına necə yanaşasan?! Sadəcə, insanın yalanı kimi? Yoxsa insan xarakterində sağalmaz xəstəlik olaraq yuva salmış ikiüzlülük kimi?

Hər halda, Fətullah Gülənin dünyəvi vətəndaşlıq iddiaları, hamıya eyni gözlə baxmaq kimi təşəbbüsləri, dünyəviliyə q arşı moizələri ilə bu malikanə tərsdir. Lakin insanın bəlkə də elə bu olduğunu göz önündə tutub onu deyə bilərəm ki, burda təəccüblü heç nə yoxdur.

Əksinə, insan olmaq məhz elə budur!

Açığını deyim ki, hələ tələbəlik illərində, özünü axtarış dönəmində Bakının hər binası, təşkilatında təşkil olunan tədbirlərə qatılıb danışanların nə dediyini anlamağa çalışan biri kimi heç vaxt kimsənin təsirinə məruz qalmamışam. Hətta o illər Asif Atanın düşüncələrinin ən yayğın vaxtı idi və bütün rəfiqələrim onun ocağına qatılsa da, bir mən eləcə tək dayanıb durdum.

Fətullah Gülənin də moizələrinə çox qulaq asmışam, hətta Samanyolu TV-nin hər gün bol-bol yayınladığı və ədalətin hər zaman qalib olacağı düşüncəsini aşılamağa çalışdığı seriallarından bəzilərinə də baxmışam, bu adamların amacı, istəkləri nədir deyə…

Sonra elə gətirib ki, qohumlarımdan Çağ Öyrətim liseyində oxuyanlar və oranı valideyinlərinin təkidinə baxmayaraq, tərk edən uşaqlarla da qarşılaşdım. Uşağın əsas narazılığı da o idi ki, liseydə hamını köləyə çevirib öz istədikləri kimi formalaşdırmaq istəyirlər.

Beləcə, mən anladım ki, məsələ ədalət, insanlıq, din, hətta Allah belə deyil. Hər şey, ən ali olanlar belə kimlərinsə ambisiyalarının qurbanlığı ola bilər. Necə ki, son günlər Gülənin bütün bunları öz istəklərinə qurban verdiyini gördük.

Məsələ Ərdoğanın siyası kursu və ya etdikləri deyil. Məsələ ondadır ki, din, Allah adına əməl sahibləri olduğunu iddia edənlərin dinləmə aparatları, siyasi gedişləri, bir dövləti içindən çökdürmək, onun gerçək vətənsevərlərini həbsxanalara atdırmaq, daha nələr, nələr kimi planları varmış. Necə olur ki, PPK ilə döyüşən insanlar, ölkənin gələcəyini düşünən kəslər az qala sorğu-sualsız həbslərə atılırdı?!

"Ergenokon" davası açıb, Ərdoğan hakimiyyəti ilə işbirliyinə girib əvvəl vətənsevərləri təmizləmək əməliyyatı keçirən, sonra da birdən xarici qüvvələrlə əlbir olub öz daxili müttəfiqini çökdürmək planlarını işə salan insanlar bütün bunları edir və dindar olur...

Bəlkə İslam dinini bunlar başqa cür anlayıb?

Ya Allahla münasibətlərini başqa qurub, bizim anlaya bilmədiyim şəkildə?!

Və bütün bunlarda da insan, ədalət və haqq anlayışı yoxdur...

Amma bir şey var... Samanyolu TV-də yayımlanan ədalətin qalib olduğunu aşılayan filmlər yayımlanır ha, bax onlardakı ideya deyəsən həyatda da əksini tapır. Gülənin Ərdoğanla birləşib haqsız yerə həbs etdirdiyi insanlar azadlığına qovuşur.

İndi Ərdoğan onları, necə deyərlər, Gülənin acığına sərbəst buraxır...

Tarix
2014.03.12 / 15:10
Müəllif
Zümrüd Yağmur
Şərhlər
Digər xəbərlər

Bunu müşavir etməz, əyan edər

Evi yıxılmış təhsil

“Qadın özünü kraliça elan etməlidir...”

Bu savaşı da uduzacağıqsa...

Cərrah, yoxsa gilyotin bıçağı

“İndi ortabab şairdən Əli Kərim düzəltmək çox asandır”

Göydə gəzən avtomobillər

Günahkar erməni deyil

Firudin Cəlilov: “Həyatımda o qədər səhv, günah etmişəm ki...”

Cazibəli rus tələsi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla