Yuxarı

Bakıda evlər sürətlə bahalaşır – Səbəb

Ana səhifə İqtisadiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əvvəllər evin kvadrat metrini 600-700 manata alırdıq, indi 1200-ə qalxıb".

Bunu "Axar.az"a "Sovetski" ərazisində ev alğı-satqısı ilə məşğul olan Muxtar Bağırov deyib. Onun sözlərinə görə, bu ərazidə evlərin söküləcəyi ilə bağlı qərarın çıxması maklerlərin bazarını öldürüb:

"Sonucu dəfə 5 ay bundan qabaq ev satmışam. "Sovetski"də evlərin söküləcəyi elanının verilməsi hamını çaşdırdı. Əvvəllər evin kvadrat metrini 600-700 manata alırdıq, indi 1200-ə qalxıb. Məmurlar qiymətləri maklerlərin qaldırdığını deyir. Amma onlar anlamır ki, biz burda vasitəçiyik. Qiyməti tikinti şirkətləri qaldırır".

Muxtar Bağırov deyir ki, satış qiymətlərindən fərqli olaraq, kirayə qiymətlərində ucuzlaşmalar var: "3 ay bundan qabaq evin kvadratını 1200 dollara yalvaran adam indi 1500 manata belə satmır. Amma kirayə qiymətləri ucuzlaşıb. Nə olsun ki? Burda kirayə qalmaq istəyən yoxdur".

Nəsimi rayonu ərazisində ev alğı-satqısı ilə məşğul olan Rəna Kərimova qiymət artımının onların çalışdığı ərazidə də hiss edildiyini deyir:

"Sonuncu dəfə 3 gün əvvəl ev satmışam. Əlimyandıda idim, 50 kvadrat metrlik evi 50 min manata satdım. Əslində isə yeni qiymətlərlə 65 min manata satılmalı idi. Qiymətlərdə artım müşahidə edilir. Məsələn, 30 min manatlıq ev 34 minə, 40 minlik isə 45 minə qalxıb".

Bahalaşma 10 faizi keçməyəcək

Qiymət artımı ilə bağlı deyilənləri təsdiq edən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı alim Vüqar Bayramov hesab edir ki, bu artımlar 2014-cü ildə də davam edəcək: "Ötən il qiymət artımı təxminən 12 faiz olub, bu il də həmin artım davam edəcək. Səbəblərdən biri tələbatın çoxluğu ilə bağlıdır. Digər səbəb isə "Sovetski"də evlərin sökülməsi və 10 mindən çox alıcının bazara daxil olmasıdır. Hazırda yeni tikililərin az aparılması və tələbatın çoxluğu qiymətlərin yüksəlməsinə təsir edir".

İqtisadçı alim hesab edir ki, bəzi proqnozlarda deyildiyi kimi, qiymətlər kəskin artmayacaq: "Nəzərə almaq lazımdır ki, paytaxtın birinci və ikinci zonasında tələbat də artmayıb. Yalnız 3-cü və 4-cü zonada olan mənzillərdə qiymət artımı müşahidə ediləcək. Bu isə mənzillərin ümumi dəyərinə təsir etməyəcək. Yeni tikililərdə mənzil alanların və ipoteka kreditlərindən istifadə edənlərin sayının artması da qiymətlərə təsir edəcək. Təxminən hər il 25 milyon manata qədər ipoteka krediti verilir. Amma ümumi artım 10 faizi keçməyəcək. Hətta biz düşünürük ki, bu artım birrəqəmli olsun".

Ötən ay mənzillər 4,2 faiz bahalaşıb

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin eksperti Rövşən Talıblı mənzillərin satış faizlərinin ötən aya nisbətən xeyli bahalaşdığını bildirdi:

"Mənzillərin təkrar və ilkin mənzil bazarında satışı ilə bağlı qiymətlərdə bahalaşma müşahidə olunur. Belə ki, apardığımız müşahidələr nəticəsində fevral ayında yanvara nisbətən 4,2 faiz artım olduğunu görmüşük. Səbəblər isə çoxdur. Onlar sırasında məlum "Sovetski" ilə bağlı məlumatları, ipoteka bazarının işləməsini, tələbin təklifə nisbətən artmasını göstərmək olar".

Ekspert əmlak bazarında təklifin azalma səbəblərini izah edir. Onun fikrincə, təklifin azalması ipoteka kreditinin şərtləri ilə də sıx bağlıdır:

"İpoteka predmeti olan evlərin 25 il müddətinə alğı-satqı predmeti olmamağı satışa çıxan mənzillərin sayını azaldır".

Xatırladaq ki, fevral ayına olan orta statistik qiymətlərə əsasən mənzilin 1 kvadrat metrinin orta qiyməti 1 469 manatadır. Amma evlərin qiymətləri müxtəlif zonalar üzrə dəyişib. Məsələn, Bakının mərkəzi hesab olunan 1-ci zonada qiymətlər 5,56 faiz artaraq hər kvadrat metr ucun 2070 manat olub. 2-ci zonada 3,1% bahalaşma ilə 1617 manat, 3-cü zona da 1,59% çoxalma ilə 1200 manatdır.

Ən sürətli bahalaşma 4-cü zonada müşahidə olunur: 12,5% bahalaşma ilə hər kvadrat metrə görə 815 manat. Ən çox qiymət artımı olan ərazilərə Xətai, Nizami, Binəqədi, Sabunçu və Suraxanı rayonlarını aid etmək olar. Mütəxəssislər il ərzində daşınmaz əmlak bazarında qiymətlərin yüksələcəyini proqnozlaşdırır. Çünki sökülən evlərə görə təxminən 10 min ailəyə kompensasiya verilməlidir. Bununla da yeni evlərə olan tələbat ən azı bu qədər artacaq. Belə bir vəziyyətdə evlərin bahalaşması qaçılmazdır.

Tarix
2014.03.12 / 14:54
Müəllif
Tural İbadov
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla