Yuxarı

Baş onkoloq həkim terrorundan danışdı

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ölkənin baş onkoloqu Azad Kərimli ötən gün dünyasını dəyişən Nərmin Hüseynlinin ölümü ilə bağlı son günlər geniş müzakirəyə səbəb olan məsələyə aydınlıq gətirib.

A. Kərmli açıqlamasında N.Hüseynlinin ölümünə görə, bütövlükdə Azərbaycan səhiyyəsinin günahkar hesab edilməsinin doğru olmadığını söyləyib: "Nərmin Hüseynli ilə bağlı xəbərləri mən də mətbuat vasitəsilə eşitmişəm. Mən onun xəstəlik tarixçəsi ilə tanış deyiləm. Amma eşitdiyimə görə, Nərmin Hüseynliyə ilkin diaqnoz səhv qoyulub (Movqe.az).

Əslində o, xərçəngdən əziyyət çəkirmiş. Əlbəttə gənc bir qızın vaxtsız ölümü təəssüf doğurucu haldır. Onda xəstəlik çox aqressiv formada gedib. Amma bu o demək deyil ki, xərçəng xəstəliyinin Azərbaycanda müalicəsi mümkün deyil. Bizdə müalicə olunan xəstələr var ki, 25-30 il yaşayırlar. Onlar əməliyyatdan sonra mütəmadi həkim nəzarəti altında olurlar. Azərbaycanda bu xəstəliyin radioloji terapiyası mümkündür. Yəni xərçəng xəstəliyinin xəstə vaxtında müraciət edərsə müalicəsi Azərbaycanda mümkündür. Gənc qızın ölümünə görə Azərbaycan səhiyyəsini suçlayanlara demək istəyirəm ki, bizim səhiyyəmiz təkçə bir xəstəxanadan ibarət deyil. Azərbaycanda tibb sahəsində yüksək peşəkarlıq səviyyəsi olan həkim kontingenti var".

Tarix
2014.03.12 / 13:44
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla