Yuxarı

Yol polisi sürücüləri məsuliyyətə cəlb edəcək - Xəbərdarlıq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heç bir münaqişə və kütləvi insident baş verməyib. Sadəcə, həmişəki nəzarət bir qədər gücləndirildiyindən sıxlıq və bu səbəbdən də narazılıq yaranıb".

Bu sözləri Qaradağ rayon Yol Patrul Xidməti məntəqəsinin yaxınlığında baş vermiş münaqişə ilə bağlı "Axar.az"a açıqlama verən Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Kamran Əliyev bildirdi. K.Əliyev əlavə etdi ki, yükdaşıma ilə bağlı normativlərə sürücülər riayət edənə qədər belə yoxlanışlar təşkil ediləcək:

"Həddindən artıq yüklənən yük maşınları yeni döşənmiş asfalt örtüyünün tezliklə sıradan çıxmasına səbəb olur. Yük maşınlarına normadan artıq yük daşımasına icazə verilməyəcək. Yükdaşıma ilə bağlı qərar var. Sürücülər buna riayət etsə, yoxlama və nəzarətə də ehtiyac qalmaz. Hər bir yük maşını tutumuna uyğun yüklənməlidir. Normativlər var. Özümüzdən qaydalar tətbiq etmirik ki?"

K.Əliyev bildirdi ki, yükdaşıma qabiliyyəti yüksək olan maşınlara da yük məhdudiyyəti qoyulacaq:

"30 tondan artıq yükgötürmə qabiliyyəti olan maşınlarda bu norma 23 tona endiriləcək. Yəni yükdaşıma məhdudiyyətləri kəskinləşdiriləcək".

K.Əliyev baş verən münaqişə ilə bağlı tutulanların olması ilə bağlı xəbərə də aydınlıq gətirdi:

"Yük məhdudiyyətinə etiraz edən bəzi sürücülər öz narazılıqlarını maşınını sürüb getməklə göstərməyə çalışırdı. Problem yaradan sürücülər yaxınlıqdakı polis məntəqəsinə aparıldı. Heç kim həbs olunmayıb. Lakin bundan sonra tətbiq edilən qadağalara riayət etməyən sürücülər məsuliyyətə cəlb ediləcək".

Qeyd edək ki, dünən Qaradağ rayon Yol Patrul Xidməti məntəqəsinin yaxınlığında yük avtomobillərinin çəkisinin yoxlanması zamanı münaqişə baş verdiyi və qadağalara tabe olmayan sürücülərin saxlanıldığı barədə məlumat vermişik.

Tarix
2014.03.12 / 13:20
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla