Yuxarı

“Həkimlərin cəzalanmasını tələb edəcəyəm”

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Baş prokurorluğa ünvanladığım müraciətə artıq cavab gəlib".

Bu sözləri "Axar.az"a tənqidçi Elnarə Tofiqqızının ölümü ilə əlaqədar Milli Məclisə daxil olmuş ərizəni baxılması üçün Baş Prokurorluğa ünvanlayan deputat Çingiz Qənizadə deyib.

Onun sözlərinə görə, cavabda hadisə ilə bağlı araşdırma aparıldığı deyilir:

"Baş prokurorluqdan ölüm işinin obyektiv araşdırılması və hüquqi qiymət verilməsini xahiş etmişəm. Fakt araşdırılır. Bu cinayət hadisəsinin tezliklə araşdırılıb başa çatması və zərərçəkənin hüquqlarının təmin olunmasını mən də istəyirəm. Prosesləri izləyirəm və ən son məlumatlarla da tanışam. Sadəcə, istintaqın nəticəsini gözləmək lazımdır".

Hadisəni araşdıran ekspertlərin həkimlərdən rüşvət alması faktları barədə zərərçəkənin səsləndirdiyi ittihamlara münasibət bildirən millət vəkili qeyd edir ki, bu haqda konkret fikir demək tezdir: "Ortada konkret olan bir fakt var, o da tənqidçi, ASU-nun dekanı Elnarə xanım Tofiqqızının həkim səhlənkarlığı nəticəsində vəfat etməsidir. Mən bu ölüm hadisəsinin araşdırılmasını Baş Prokurorluqdan istəmişəm və diqqətdən də qaçırmıram. Ancaq ekspertlərin həkimlərdən rüşvət alması haqqında bir söz deyə bilmərəm. Çünki ekspertlərin rəyi rəsmən açıqlanmayıb və rəsmən açıqlanmayan, hələ nə yazıldığı bilinməyən rəy haqqında danışmaq tezdir. Nəticə aydınlaşandan sonra mən də xanım tənqidçinin ölümündə əli olan həkimlərin lazimi şəkildə cəzalandırılmasını tələb edəcəyəm".

Tarix
2014.03.12 / 11:54
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla