Yuxarı

Qafqaz Universitetindən nurçu rektor iddiasına cavab – Rəsmi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əhməd Sanıçla bağlı yayılan fotoların hər biri Türkiyədən Azərbaycan mediasına göndərilir.

Bu sözləri "Axar.az"a açıqlamasında Qafqaz Universitetinin ictimaiyyətlə əlaqələr üzrə prorektoru dosent Natiq Paşa deyib.

O, Azərbaycan mediasından Qafqaz Universitetinin rektoru ilə bağlı xəbərlərin yayımında diqqətli olmalarını rica edib. "Qafqaz Universitetinin rektoru professor Əhməd Sanıç adına açılmış saxta e-mail adresindən Azərbaycan mətbuatına göndərilən məlumatların yalan olduğunu, belə məlumatların insanları çaşdırmaq məqsədilə şər və böhtan olduğunu mətbuata bildirmişdik. İctimaiyyətə bildiririk ki, aidiyəti qurumlara bu adresin haradan, kim tərəfindən, nə zaman açılması haqqında araşdırma edilməsi üçün etdiyimiz müraciət nəticəsində müəyyən edilmişdir ki, bu saxta e-mail Türkiyədə açılmış, həqiqətə uyğun olmayan xəbərlərin də Türkiyədən Azərbaycan mediasına göndərildiyi ortaya cıxmışdır. Doğmalarından ayrilaraq ölkəmizə gəlmiş olduğu 9 il ərzində Umummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu, Möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi modern Azərbaycan təhsil siyasətinin uğurla həyata keçirilməsində iştirak edən dünya şöhrətli alim haqqında bu cür həqiqəti əks etdirməyən xəbərlərə dəyərli media nümayəndələrimizin də həssas yanaşmasını, mənbəyi bilinməyən məlumatlar yaymaq əvəzinə onları düşündürən suallarla bizə müraciət etmələrini təmənna edirik".

Qeyd edək ki, az öncə Azərbaycan mediasında Qafqaz Universitetinin rektoru Əhməd Sanıçın Fətullah Gülənə göndərdiyi məktub yayımlanıb. Məktubda Azərbaycanda nurçuların müxalifətə, o cümlədən İsa Qəmbərə və Azərbaycanda inqilabın olmasına dəstək verdiyi bildirilir.

Tarix
2014.03.12 / 10:55
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla