Yuxarı

Səfirlər və Tağı Əhmədov yanan binada: "Sahil" yanır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

10.01

"Sahil" metrosunun üstündə yerləşən məşhur "Sahil" Ticarət Mərkəzi yanır.

"Axar.az"ın hadisə yerində olam əməkdaşının sözlərinə görə, hazırda ticarət mərkəzinin işçiləri təxliyə edilir. FHN-in Yanğından Mühafizə Xidməti artıq hadisə yerindədir.

Yanğının artıq "Sahil" Ticarət Mərkəzinin üst qatında yerləşən yaşayış mənzillərinə keçdiyi barədə də məlumat var.

10:18

Əməkdaşımızın məlumatına görə, "Sahil" Ticarət Mərkəzinin yerləşdiyi binanın yaşayış hissəsində, 7-ci mərtəbədə azyaşlı bir uşağın xilas edilməsi üçün hazırda tədbirlər görülür. Bildirilir ki, yanğın girişi bağladığından, uşağın xilas edilməsinə FHN texnikası cəlb edilib.

Sakinlərin verdiyi məlumata görə, həmin azyaşlı uşaq Metropolitenin keçmiş rəisi Tağı Əhmədovun nəvəsidir.

10:27

Hadisə yerində olan müxbirimizin verdiyi məlkumata görə, yanğın ərazisindəki qatı tüstüdən hələlik yalnız bir nəfərin zəhərləndiyi bildirirlir. Zəhərlənən sakin ilkin tibbi yardımdan sonra dərhal xəstəxanaya qaldırılıb.

10:30

Bakı Metropoliteni "Sahil" stansiyasının giriş-çıxışını bağlayıb. Sərnişinlərin təhlükəsizliyi üçün metro qatarları artıq "Sahil" stansiyasında dayanmır.

10:42

Yanğın nəticəsində binanın 7-ci mərtəbəsində təhlükə altında qalan və Tağı Əhmədovun nəvəsi olduğu bildirilən azyaşlı FHN-nin əməkdaşları tərəfindən xilas edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əraziyə FHN-nin daha bir neçə briqadası cəlb edilib.

10:59

Müxbirimiz xəbər verir ki, Bakı Metropliteninin keçmiş rəisi Tağı Əhmədov da hadisə yerindədir. Daha doğrusu, o, Ticarət Mərkəzinin üstündə yerləşən yaşayış binasının beşinci mərtəbəsindədir. Ara-bir mənzilin (sakinlərin dediyinə görə, bu mənzildə onun ofisi və ya evi yerləşir) balkonuna çıxıb prosesləri izləyir.

11:09

Verilən son xəbərdə bildirilir ki, yanğını izləyən izdihamın içində olan 50 yaşlarında bir qadının basırıqda halı pisləşib və huşunu itirib. Təcili yardım işçiləri həmin qadına ilkin tibbi yardım göstərir.

11:26

FHN hadisə yerində qərargah yaradıb. Yanğınsöndürən maşınlar Sahil parkındakı hovuzdan çənlərini su ilə doldurub, yanğın ocaqlarının aradan qaldırılması üçün istifadə edirlər (Foto 7,8).

11:29

Sahil Ticarət Mərkəzində baş vermiş yanğın zamanı üç nəfər xəsarət alıb. Onlardan ikisinin vəziyyəti yüngül olsa da, bir nəfərin xəsarəti nisbətən ciddi olub.

Bu barədə "Axar.az"ın hadisə yerində olan muxbirinə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanın rəisi Mürsəl Həmidov məlumat verib.

Tibbi Yardım Stansiyasının rəisi bildirib ki, xəsarət alan hər 3 nəfər ilkin yardımdan sonra buraxılıb (Foto 9).

11:33

Verilən məlumatda bildirilir ki. Argentina və Braziliya Səfirlikləri həmin binada yerləşir. Səfirlər binadan təxliyyə olunur (Foto 10).

11:53

Hazırda Çevik Polis Alayı təhlükəsizliyi təmin etmək üçün yanğın ərazisindədir.

Hadisə yerində olan müxbirimizin sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi general-mayor Səhlab Bağırov da yanğın başlayan andan etibarən hadisə yerindədir (Foto 11).

12:15

)

Tarix
2014.03.12 / 12:15
Müəllif
İsmi Şahzadə, Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla